Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Məşhur akademiyanın yeganə qızıl medalçısı şəhid Babək Ramaldanov - Xüsusi Reportaj в хорошем качестве

Məşhur akademiyanın yeganə qızıl medalçısı şəhid Babək Ramaldanov - Xüsusi Reportaj 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Məşhur akademiyanın yeganə qızıl medalçısı şəhid Babək Ramaldanov - Xüsusi Reportaj

Baku TV İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanov haqqında xüsusi reportajı təqdim edir. 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olan Babək Ramaldanov əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2004-cü ildən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan Babək Ramaldanov üçün vətənin müdafiəsi hər şeydən vacib, işğal altında olan torpaqlarımızı azad görmək arzusu isə hər bir arzudan öndə idi. Bu amalına çatmaq üçün gecə-gündüz öz üzərində də çalışırdı. Polkovnik-leytenant 2019-cu il iyunun 21-də Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasını, keçmiş Frunze adına Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, magistr diplomu və qızıl medal alıb. 2020-ci ilin 27 sentyabrında Ermənistan ordusunun təxribatlarına qarşı həyata keçirilən əks-həmlə zamanı hərbi hissənin qərargah rəisi kimi döyüşlərə qatılan Ramaldanov şəxsi heyəti ilə birlikdə 10 gün Murov dağı ətrafında, sonra isə Füzuli, Cəbrayıl istiqamətində əməliyyatlarda iştirak edib. Oktyabın 16-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəməncasına həlak olaraq, müqəddəs şəhidlik zirvəsinə ucalıb. Babək Ramaldanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Pulsuz Elanlar- https://tut.az https://baku.tv​   / ​     / ​   Abone Olun ► https://www.youtube.com/channel/UCINw... Kanalda bütün müəllif hüquqları qorunur. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. #BakuTv #Azerbaycan #trend

Comments