Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Tələbəsinə aşiq oldu, bacısı qızını imtahandan kəsdi, cənazəsi üstündə saz çaldılar в хорошем качестве

Tələbəsinə aşiq oldu, bacısı qızını imtahandan kəsdi, cənazəsi üstündə saz çaldılar 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Tələbəsinə aşiq oldu, bacısı qızını imtahandan kəsdi, cənazəsi üstündə saz çaldılar

İnsanın tarixə düşməsi üçün işini vicdanla görməsi bəs edir. O da, vicdanı ilə dillərdə dastan oldu. Biri var idi, Azərbaycanda təhsil sahəsində silinməz izlər buraxan, Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub... Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində dünyaya gəlib. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. Sabirabad və Tovuz rayonlarında, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində müəllim işləyib. 150-dən çox elmi, siyasi-publisistik məqalənin müəllifidir. Vurğun Əyyub həyat yoldaşı Sevil xanımla işlədiyi universitetdə tanış olub. Sevil xanım dördüncü kursda oxuyanda Vurğun Əyyub ondan imtahan götürür. Bundan sonra hər dəfə rastlaşanda köhnə tanışlar kimi salamlaşan müəllim-tələbə münasibəti getdikcə ciddi şəkil almağa başlayır. Günlərin birində isə Vurğun Əyyub Sevil xanıma evlənmək təklifi edir. İlk dəfədən hə cavabı almasa da, sonrakı mərhələlərdə razılıq əldə olunur və onlar evlənirlər. Onların iki qız övladı doğulur. Böyük qızı Aytən dünyaya gələndə. Vurğun Əyyub çox gərgin işləyir. Test sistemini öyrənmək üçün bir müddət ailəsindən ayrı qalır, Türkiyəyə gedir. Noyabrın 14-də isə qızı Aytənin ad günü imiş. Həyat yoldaşı Sevil xanım müsahibələrinin birində o günləri belə xatırlayır: “Vurğun həmin gün evə gələ bilmədi, zəng edib durumu anlatdı. Çünki test suallarını heç kimə etibar etmirdi. Pənah Hüseynova müraciət etmişdi ki, gediş-gəlişə qadağa qoyun, test suallarının təhlükəsizliyi təmin olunsun. Gecəni həmin otaqda qalıb gözləmişdi. Ertəsi gün sualların məntəqələrə çatdırılması bir neçə saat gecikmişdi. Çünki yeni sistemin tətbiqinin qarşısını almaq istəyən qüvvələr vardı. Planlı şəkildə yollarda tıxac yaradılmışdı, bu barədə qabaqcadan xəbər çatdırılmışdı. Amma bütün bunlara baxmayaraq imtahanın keçirilməsi baş tutmuşdu. Evə dönəndə üzündə bir rahatlıq, sevinc vardı. Çox yorğun olduğunu söylədi, Aytəni qucağına alıb bağrına basdı, qızımın ad günü mübarək olsun dedi.” Həyat yoldaşı yaxşı ədəbiyyat müəllimi olsa da 2000-ci ilin əvvəllərində onun üçün iş tapa bilmir. Heç bir məktəb direktoru onu işə götürmürdü. Bir dostunun vasitəsilə bu məsələ nazirə deyilir, xahiş edilir. Nazir də razılaşır. Hər kəs elə hesab edir ki, yoldaşını işə düzəltdikdən sonra Vurğun Əyyub daha təhsil sistemindəki qüsurları tənqid etməz. Lakin məsələ həll olunduğu ərəfədə Vurğunun müsahibəsi yayımlanır. Müsahibədə təhsil sistemindəki qüsurları sadalayır, naziri tənqid edir. Bu barədə Vurğun bəyə irad tutulanda onun cavabı belə olur: “Nə olsun, yoldaşıma iş verir deyə, mən prinsipimdən əl çəkməliyəm, mövqeyimi dəyişməliyəm?” Vurğun müəllimin yaxın dostu və tələbə yoldaşı xatırlayır: “Günlərin birində Sabirabaddan dostlarım gəldi. Onları rayonun vəzifəli adamı mənim yanıma göndərmişdi ki, oğlunu “hüquqa qoysun”, nə istəyir verəcəm. Mən onları evdə qonaq etdim və əliboş yola saldım. Dedim, biz demokratik cəmiyyət qururuq. Bu sistem belə şeylərin qarşısını almaq üçün tətbiq olunur. Aradan bir neçə il keçmişdi. Vurğunun da, mənim də evimiz yox idi, kirayədə qalırdıq. Dərdləşəndə zarafatla dedim ki, o zaman həmin adamları qəbul edib yanına gətirsəydim, indi sənin də, mənim də evim olardı. Ciddi görkəm alıb dedi ki, elə bilirsən, onları qəbul edəcəkdim? Yaxşı ki, gətirməmisən, özün də pis vəziyyətdə qalardın”. Bobsley Testin tətbiqinin ən böyük çətinliyi cəmiyyətin onu düzgün qəbul edib-etməməsi idi. Vurğun Əyyub ən böyük təpkini müəllim yoldaşlarından görür. Qəbula qalan müəllimlər onu boykot edir, salam vermir, "sən bizim çörəyimizi kəsdin" - deyə üzünə çırpırdılar. Hətta gənc elmlər doktorlarından biri qarşısını kəsərək "Mən ona görə elmlər doktoru oldum ki, qəbula qalım, ailəmi dolandırım, sən nə etdin?", - deyə onu tənbeh etmişdi. Çox az müəllim onu təqdir edirdi. Vurğun müəllimlərə “mən sizin şərəfli adınızı özünüzə qaytaracağam” deyirdi. Komissiya sədri olduğu vaxt bacısı qızı imtahandan kəsilir. Bacısı ona müraciət edir. Cavab inanılmaz olur: “Hazırlaşıb gələn il girər.” Bu gün Azərbaycanda ən şəffaf fəaliyyət göstərən qurumlardan biri məhz TQDK – yəni, indiki Dövlət İmtahan Mərkəzidir. Minlərlə Azərbaycanlı gəncin öz hesabına ali təhsil ocağına qəbul olmasına, özünü inkişaf etdirməsinə səbəb olan bu qurumun yaranmasında, vicdanla işləməsində Vurğun Əyyubun əvəzsiz rolu olub. Məhz onun rəhbərliyi altında çalışan qurum Azərbaycanda ilk dəfə test üsulu ilə qəbula başladı və tələbələr üçün ilk dəfə şəffaf, qarşısıalınmaz bir platforma yarandı. TQDK-nın bu gün də şəffaf çalışmasında sağlam təməlin qoyulmasının da önəmli olduğunu unutmamalıyıq. Yəni Vurğun Əyyubu unutmamalıyıq! Allah sənə rəhmət eləsin, müəllim adını şərəflə daşıyan, şərəfl yaşadan Vurğun müəllim! Ruhun şad olsun, ruhani adam!

Comments