Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Çilingərin milyarder oğlu: “Razin” uşağı dünyanı necə fəth etdi? - ONU TANI в хорошем качестве

Çilingərin milyarder oğlu: “Razin” uşağı dünyanı necə fəth etdi? - ONU TANI 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Çilingərin milyarder oğlu: “Razin” uşağı dünyanı necə fəth etdi? - ONU TANI

#APATV #Onutanı #azərbaycanlımilyarder #VahidƏləkbərov #LUKoyl #Razin #Qaraçuxur #Rusiya #neft #Bakı #Langepasneftegaz #Urayneftegaz #Kogalymneftegaz #SSRİ #AzNeft #Forbes #Azərbaycan #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə azərbaycanlı milyarder Vahid Ələkbərovdan bəhs edilib. 31 bir əvvəl, 41 yaşlı Qaraçuxur qəsəbə sakini Rusiyada ilk neft konsernini yaratdı. Ona LUKoyl adı verildi. Və iki il sonra isə o, bu şirkətin prezidenti seçiləcək, ta bu günə kimi həmin vəzifəni icra edəcəkdi. O, 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdu. Atası Yusif Ələkbərov da neftçi idi. Mədəndə çilingər işləyirdi. Balaca Vahid hələ 3 yaşındaykən atası vəfat etmişdi. Ailədə 5 uşaq olublar. Ata vəfat etdikdən sonra uşaqları anası, əslən rus kazaklarından olan Tatyana Fyodrovna Boçarova böyütmüşdü: 34 rubl pensiya ilə. Vahid Bakıdakı 189 saylı orta məktəbdə təhsil almışdı. Müəlliməsi Taisa Petrovna bir dəfə müsahibələrinin birində belə demişdi: “Oxumağı orta səviyyədə idi. Çox da yaxşı oxumurdu. Amma həddən artıq fəal oğlan idi. Xüsusi ilə təşkilatçılıq qabiliyyəti ilə məktəbdə fərqlənirdi. Tədbirlərin təşkilatçılığını da edirdi. Sinif yoldaşları arasında da öz nizam-intizamı ilə fərqlənirdi. İstəyirdi ki, sinif yoldaşları da irəli çıxsın, geridə qalmasınlar. Təşkilatçı olmaqla yanaşı tələbkar idi. Verdiyimiz tapşırıqları zamanında yerinə yetirərdi”. Orta məktəbi bitirdikdə sonra SSRİ-nin bir nömrəli neft məktəbi olan Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Sonradan “Kaspromneft”in mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi işə başlamışdı. Amma o, Bakıda çox qalmır, Rusiyaya üz tutur. 1987-ci ildə Sibirin neft nəhənglərindən olan “Kogalymneftegaz” şirkətinin baş direktoru vəzifəsinə təyin olunur. Bundan sonra isə onun başgicəlləndirici karyerası başlayır. 1990-1992-ci illərdə SSRİ-nin neft-qaz sənayesi nazirinin müavini və birinci müavini işləyir. 1991-ci ildə isə “Langepasneftegaz”, “Urayneftegaz”, “Kogalymneftegaz” şirkətlərini birləşdirərək LUKoyl-un əsasını qoyur. LUKoyl tezliklə nəinki Rusiyanın, dünyanın məşhur neft şirkətlərindən birinə çevrilir. Təsadüfi deyil ki, V.Ələkbərov 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilib. Həmin ərəfədə isə onun illik maaşı 2,5 milyon dollar idi... 2021-ci ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilib. Amma çox yox, bir neçə ay keçəcək, Rusiya Ukrayna ilə müharibəyə başlayacaqdı. Nəticədə dünya bu ölkəyə sanksiyalar tətbiq edəcək, rusiyalı milyarderlər qısa zamanda 82 milyard dollar itirəcəkdilər. Ən çox itirən isə Vahid Ələkbərov olacaqdı - 14 milyard dollar... İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. 2012-ci ildə Qubkin adına Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. Ələkbərov dostluğa çox sədaqətli olub. Deyilənə görə, onun ən yaxın dostu sinif yoldaşı İdris Mövsümov idi. Milyarder ona çox bağlı olub. İdrisə ev, maşın, bağ alıb. Hər dəfə Bakıya gələndə onu görməmiş getməzmiş. Sonuncu dəfə isə iki il əvvəl onu son mənzilə yola salmağa gəlir. Mərhum İdris Mövsümovun bacısı xatırlayırdı: “İdris qəflətən vəfat etdi. Vahid öz dostunu son mənzilə yola salmağa gəlmişdi. O, mühafizəçiləri ilə birlikdə yas mərasiminə girdi. Həmin vaxt camaatı evdən bayıra çıxarıb dedilər ki, Vahid dostu ilə vidalaşmaq istəyir. Vahid İdrisin cənazəsinin olduğu otağa daxil oldu. Dedi ki, məni İdrislə tək qoyun. Və dostu ilə əbədi olaraq vidalaşdı”. Onun neft biznesi təkcə Rusiya ilə kifayətlənmir. LUKoyl hazırda Qazaxıstan, Misir, Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Venesuela, İraqda kəşfiyyat və bir sıra istehsal layihələri həyata keçirir. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TEKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments