Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб KƏKLİKOTUNUN İNANILMAZ FAYDASINI BİLİRDİNİZMİ в хорошем качестве

KƏKLİKOTUNUN İNANILMAZ FAYDASINI BİLİRDİNİZMİ 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



KƏKLİKOTUNUN İNANILMAZ FAYDASINI BİLİRDİNİZMİ

#qafqaztv #trend Azərbaycanda kəklikotu bitkisi çox geniş yayılıb. Özəlliklə dağlıq rayonlar bitən bu bitkinin hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü olan kəklikotunun yaşıl yerüstü hissəsini, bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Bu bitkidən müxtəlif yeməklərin və çayların hazırlanmasında istifadə edilir. Amma bir baxın hələ ta qədim zamanlardan bizim mətbəximizin demək olar ki, vaz keçilməzi olan kəklikotunu necə istifadə ediblər. Deməli, Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırıblar. Kəklikotu onlar üçün həm də zəhmətsevərlik rəmzi olub. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Elə bu inama görə də bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. Amma kəklikotunun gerçək faydaları ilə bağlı İbn Sinanın əsərlərində rast gəlinir. İndi gəlin şəfalı bitkilər sırasında yer alan kəklikotunun faydaları ilə tanış olaq. Kəklikotu sinir sisteminə çox müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir. Kəklikotulu çay hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotunu 1 stəkan qaynar suda 20 dəqiqə dəmləmək lazımdır. Çaya bal və limon da əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk əlamətləri özünü büruzə verəndə bu çay çox yaxşı təsir edir, xəstəliyin inkişafının qarşısını alır. Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir. Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür. QAFQAZ TV Rəsmi Kanal "QAFQAZ TV" Müstəqil Televiziya və Radio Şirkəti Qafqazın ilk işgüzar və turizm kanalı olan «Qafqaz» TV 1 sentyabr 1998-ci ildən Xəyal TV adı ilə çalışmağa başlayıb. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası 09 avqust 2017-ci il tarixində “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə bağlı müraciətə baxdıqdan sonra isə telekanal Qafqaz TV adlandırılıb. Hazırda Qubadan yayımlanan televiziya bütün Şimal regionu rayonlarını əhatə edir. Qafqaz TV -də yayımlanan bir –birindən maraqlı verilişlər Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə geniş izləyici audutoriyası toplayıb. Bundan başqa QafqazTV-nin verilişləri televiziyanın rəsmi internet səhifəsi olan www.qafqaztv.az saytı vasitəsilə internet üzərindən də yayımlanır ki, bu da kanala daha çox izləyici audutoriyası qazandırıb. Televiziya bununla da kifayətlənməyərək, mütəmadi olaraq öz istehsalı olan verilişlərini bu gün mövcud sosial şəbəkələr vasitəsilə də yayımlayır.

Comments