Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ağdabanlı Şair Qurbanın 150 illiyinə həsr olunmuş verliş в хорошем качестве

Ağdabanlı Şair Qurbanın 150 illiyinə həsr olunmuş verliş 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ağdabanlı Şair Qurbanın 150 illiyinə həsr olunmuş verliş

Ağdabanlı şair Qurban irsinə Azərbaycan dövləti sayğı ilə yanaşıb. Qeyd edək ki, ustadın 150 illik yubileyi dövlət səviyyəsində keçirilib. 156 yaşlı Qurban dədə sazımızın-sözümüzün sönməyən işıqlarından biri kimi daim bizləri haqqa doğru çağırır. Ən böyük haqq yolu isə sazdan, sözdən keçir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Ağdabanlı Qurbanın 150 illiyinin qeyd edilməsi, əlbəttə ki, onun yağı tapdağında qalan məzarının üstünə su çilədi, ruhunu şad etdi. İndi Ağdabanlı Qurban kimi dədələrin ruhu qalıb yurdun simsarı, odqoruyanı kimi. Onların məzarları yurdumuza təsəlli verir ki, ay doğma Kəlbəcər, darıxma, balalarının qoynuna dönməyinə az qalıb. Ozan ruhu müqəddəsdir axı. Ağdabanlı Qurban haqqında professor Məhərrəm Qasımlının dedikləri çox maraqlıdır. O, nəhəng el şairinin şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndirib: "Söz sənətinin kamil ustadlarından sayılan Ağdabanlı Qurban unudulmaz el şairlərindən biri olub. Qurban Məşədi Məhərrəm oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub, sonralar Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşayıb. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olub, hərçənd, repressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları, sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilib". Professor Qasımlı bildirir ki, Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Onun sözlərinə görə, bu da ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis, qoşma, gəraylı, müxəmməs formalarında, bir sözlə, heca vəznində yazıb-yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar: "Ağdabanlı Qurban da məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlərinin xatirələrindən məlum olur ki, o heç vaxt saz götürüb toy-nişanda, yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib, hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş".Aşıqşünasların qeydlərinə görə, Ağdabanlı Qurbanın aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz ustası olub. Aşıqşünaslar bildirir ki, Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Qeyd edək ki, onun əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb. Tərlan könül şikar almış sar kimi, Soluxuram şaxta vurmuş bar kimi. Xəstə üçün gətirilmiş qar kimi, Əriyib ocağa axıram evdə. Şəmşirəm, ağarıb saçım-saqqalım, Hər şeydən bir qədər pozulub halım. Yorulmuş ovçuyam, qaçmış maralım, Tüfəngi yalandan çaxıram evdə...

Comments