Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Azərbaycanda 1000 ildir bu dərədən nə çıxarılır? в хорошем качестве

Azərbaycanda 1000 ildir bu dərədən nə çıxarılır? 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Azərbaycanda 1000 ildir bu dərədən nə çıxarılır?

#qebele #kendheyati #azerbaijan Ərazisi əvvəllər dəniz olan, görməli yerləri ilə göz oxşayan, orta ömür müddəti 70 il olan, paytaxt Bakıda 225 kilometr aralıda yerləşən Azərbaycanın ən qədim şəhərlərindən biri - Qəbələ Yerin Qulağı Youtube kanalı Qəbələ və qəbələlilər haqda ən maraqlı 33 faktı təqdim edir: 1. Şıx Baba piri - Həmzəlli kəndində dövlət tərəfindən qorunan bu tarixi abidə demək olar ki, dağılmaq üzrədir. Sonuncu dəfə 1976-cı ildə akademik Həsən Əliyev tərəfindən burada araşdırmalar aparılıb və abidənin həm yaşı, həm də onunla bağlı digər maraqlı nüanslar ortaya çıxıb. İnsanların inanc yeri olan bu tarixi abidə özünün 1200–1500 yaşlı iynəyarpaqlı ağacları ilə də diqqəti cəlb edir. Bu abidəni hər il Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Rusiya və ərəb ölkələrindən gələn minlərlə turist ziyarət edir. Burada bitən ağacları çoxaltmaq məqsədilə digər yerlərə əksələr də, onlar ya bitmir, ya da öz təbii strukturunu dəyişir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur.[3] Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1–6. 11. 1867 ildə) yazılıb. Şəhadətnamədə Həmzəlli kənd sakinlərindən Seyyid Hacı Əli Əfəndi və Seyyid Lütfəli qardaşlarının əsrlərdən bəri ziyarətgah kimi şöhrət tapmış məqbərədə dəfn olunmuş alimin nəslindən olmaları və pirdə mücövürlük haqqına malik olmaları göstərilib. Şəhadətnamə Nuxa qəzasının Qəbələ mahalına daxil olan Qəbələ, Vəndam, Bum, Mıxlıqovaqlı, Tikanlı kəndlərindən olan 33–dən çox yüzbaşı, kəndxuda, ruhani və bəylərin möhür və imzası ilə təsdiq edilmişdir. Sənəddə şeyxin adı — deyə qeyd edilib. 1. Qəbələ rayonu 30 avqust 1930-cu ildə yaradılıb. 2. Rayonun tərkibinə Qəbələ şəhəri, Bum, Vəndam və Nic qəsəbələri, 62 kənd daxildir. Ən böyük Qəmərvan, ən kiçik kəndi isə Abrıx kəndidir. 3. Qəbələ rayonu ilə Bakı arasındakı məsafə 225 kilometrdir. 4. Nəqliyyat kodu 36-dır. 5. Ərazisi 1548 kvadrat kilometrdir. 6. Qəbələ rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşir. Köhnə adı Qutqaşen olub. Qərbdən Oğuz, şimaldan Rusiya və Qusar, şərqdən Quba, İsmayıllı, cənubdan isə Yevlax və Göyçay rayonları ilə həmsərhəddir. 7.Əhalisi 110 min nəfərə yaxındır. Onlardan təqribən 33 min nəfəri şəhərdə, qalan əhali isə kəndlərdə yaşayır. Qəbələnin ən çox əhalisi olan 8,943 nəfər ilə Vəndam qəsəbəsi, ən az isə 44 nəfər ilə Küsnət kəndidir. 8. Qəbələdə görməli ən vacib yerlər: Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi - 1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir. Qədim Nic - Rayonun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup – udinlər yaşayır. Bum kəndi - Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Bu, əhalisinin sayına görə Qəbələ rayonunun üçüncü yaşayış məntəqəsi və bələdiyyə mərkəzidir. Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb. Bu kənd öz folkloru ilə də məşhurdur. Yerli folklor ansamblı nağara və zurnanın müşayiəti ilə oynanılan “Zop-zopu” çoban oyununun şərəfinə eyni adı daşıyır. Dəvəyə minmiş iki uşaq öz dostlarını əyləndirir. Onlardan biri əyilir və digəri şeir oxuyaraq onun üzərindən tullanır və yerə düşdükdə uşaqlar “Ənzəli” sözünü qışqırırlar. Vəndam kəndi - Respublikada ən böyük kəndlərdən biri sayılır, rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Burada çoxlu meyvə, xüsusilə alma bağları var. Yalnız İsmayıllı və Qəbələdə yetişdirilən qızıl əhmədi alma növü də bu bağların məhsuludur. Küsnət kəndi - Qəbələ rayonunun şimal hissəsində dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Bir zamanlar bu kənd yazıçı və hərbi xadim, “Müqəddəs Georgi” ordeninin ilk azərbaycanlı kavaleri İsmayıl bəy Qutqaşınlının yay iqamətgahı olub. Yeddi gözəl şəlaləsi - Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Mucuq şəlaləsi - Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər.

Comments