Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qədir Qızılsəsi toyda zəhərləyiblər? O niyə ölkəni tərk etmək istəyir? в хорошем качестве

Qədir Qızılsəsi toyda zəhərləyiblər? O niyə ölkəni tərk etmək istəyir? 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qədir Qızılsəsi toyda zəhərləyiblər? O niyə ölkəni tərk etmək istəyir?

Verilişdə istifadə olunan mahnılar aşağıdakı linklərdən əldə edilmişdir. Tam versiyalara buradan baxa bilərsiniz. 00:35 -    • Видео   01:40 -    • Видео   02:50 -    • Qedir Qizilses - Hardasan   03:45 -    • Qədir Qızılsəs  Sən gəldin gəlişinlə   05:17 -    • Видео   06:00 -    • Видео   Çarəsizlərin, sevgidən yetim qalanların həmdərdindən söz açırıq. Bir zamanlar mavi ekranların ən sevimlisi idi... Çox göstərməzdi ekranlar onu, ancaq Xalq əl-əl gəzib kasetlərdən dinləyər, onu asta-asta başının üstünə qaldırardı. Biri var, nə zaman baxsan, közü sönməyən müğənni Qədir Qızılsəs Qədir Zeynal oğlu Məmmədov 1956-cı ildə Cəlilabadda anadan olub. Ailədə 8 uşaq olublar, 4 bacı, 4 qardaş. Qədir Məmmədov 1977-ci ildə Bakıya gəlib. 1979-1980-ci illərdə artıq tanınmağa başlayıb. 1983-cü ildə ilk Audio Kaseti çıxıb. O, dəfələrlə efirdən uzaq qalıb, 4 il, 2 il görünməyib. Bu müddət ərzində onun haqqında çoxlu şaiyələr yayılıb. Kimi onun səsinin batdığını, kimi onun dünyasını dəyişdiyini, kimi də ailəsində problem olduğunu deyib. Özü isə bütün bunları onu sevməyən sənət adamları tərəfinən uydurulduğunu deyir. Müğənni qeyd edir ki, o efirdən uzaq qaldığı vaxtlarda evə zəng eləyib soruşurlarmış ki, Qədir hələ ölməyib? Efirlərdən uzaq olmasının səbəbini isə özü müxtəlif illərdə müxtəlif cür açıqlayıb. 2007-ci ildə verdiyi bir müsahibədə qeyd edir ki, onu incidir,təzyiq göstərirlər. Ancaq bunu kimlərin hansı məqsədlə etdiyini açıqlamır. Səhnəyə tamaşaçının təkidi ilə qayıtdığını, təzyiqlər davam edərsə, həmin qüvvələri açıqlayacağını demişdi. 2019-cu ildə verdiyi müsahibəsində isə müğənni efirlərdə az görünməsinin, daha çox televiziya və saytlardan uzaq qalmasının səbəbini ded-qodu, qalmaqalla bağlayır. O, deyir ki, illərlə yığdığı hörməti, sevgini, bir anın içində itirmək istəmir. Ona görə də efirlərdən uzaq gəzir. Verilişlərin birində ona daim ziyan vurmaq istəyən, zərbə vuran insanların çox olduğunu deyir. Toyların birində onu zəhərlədiyini deyir: Mən toya termosla gedirəm. Özü də elə cəmiyyətin çox olduğu yerdə insana zərər vururlar. Məni də toyda zəhərlədilər”. Hər nə qədər görünməsə də, efirlərə gec-gec çıxsa da, Qədir Məmmədov tamaşaçıları şaiyələrə uymamağa çağırır. O, deyir ki, mən yerimdəyəm. Efirlərdə olmasam da, məclislərdə oluram. Qədir Qızılsəs onun mahnılarını oxuyanların çox olduğunu deyir. Bəziləri ondan buna görə icazə alır, bəziləri heç icazə də almır, ümumiyətlə onun adını çəkmir. Ancaq müğənni bu şəxslərin heç birinə irad bildirmir, deyir, kim istəyir, qoy oxusun, istəmir adımı da çəkməsin. Qədir Məmmədov 2006-cı ildə Azərbaycan gedəcəyini açıqlamışdı. Bir il sonra verdiyi müsahibədə də bəyanatının üstündə durduğunu təkrarlamışdı: O bəyanatım yenə də qüvvəsindədir. Yenə də ölkədən getmək ehtimalım var. Mən dediyim sözə əməl edən insanam. Bir qərar verdimsə, bitdi. Qədir Məmmədov bir neçə əzizini cavan yaşında itirib. O iki qardaşını cavan dünyasını dyişib. Onlardan biri faciəvi şəkildə ölüb. Müğənninin bacısı da cavan yaşda rəhmətə geddib. 2 bacı, iki qardaşını cavan yaşda itirən müğənninin atası da uzun ömür sürməyib. Bir sözlə, mahnılarındakı, səsindəki ürəkdağlayan notlara bu itkilƏrin tƏsiri də olub. Bu gün toylarda qol götürüb oynadığımız,bəlkə də kimə məxsus olduğunu bilmədiyimiz bir xeyli mahnı məhz Qədirə məxsusdur: Qədir Məmmədovun mahnıları bir çoxlarının ilk məhəbbətinin fonu olub. Ayrılıq dənizində boğulan bir çox adam məhz Qədirin mahnılarının ağırlığı ilə ayaqlarını yerə vurub yenidən suyun üzünə çıxa bilib. Ona görə də, Qədirin mahnıları özü sağ ikən nostalgiyaya çevrilir...

Comments