Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU в хорошем качестве

Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU 7 дней назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU

Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tanınmış telejurnalist Elnur Əşrəfoğluna həsr olunub. Elnur Əşrəfoğlu televiziya tarixinə 1995-ci ildə müstəqil Azərbaycanın İsraildə ilk futbol reportajını xarici ölkədən aparan şərhçi kimi daxil olub. 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, sonra isə “Neftçi” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Mərhum jurnalist barədə xatirələrini bölüşən həyat yoldaşı İlahə Şükürova Elnur Əşrəfoğlu ilə ailə həyatı qurduğuna görə heç vaxt peşman olmadığını deyib. O, həyat yoldaşının futbol sevgisini oğluna necə aşılamasından danışıb: “Oğlumuz Mətinə körpə vaxtlarından futbol izlədirdi. Deyirdim, ay Elnur, o nə başa düşür, futbol nədir. Üç yaşından sonra Mətini özü ilə stadionlara aparırdı. Necə o marağı Mətində yaradıbsa, indi oğlum Elnurun davamçısıdır. Bu uşaq Elnur kimi futbolla yaşayır”. İ.Şükürova E.Əşrəfoğlunun koronavirusa yoluxma dövründən bəhs edib: “Sentyabrın 1-i idi. Elnur mənə zəng vurub özünü çox pis hiss etdiyini dedi. Evə gəldi. İlk dəfə idi ki, onun hərarətinin qalxdığını gördüm. “Korona” sözü ona dəhşətli gəlirdi. Biz bu virus yayılandan Elnura görə çox qorxurduq. Düzdür, Elnur sağlam idi, heç bir problemi yox idi. Amma bir böyrəyi var idi. Buna görə çox narahat idik. Səhər getdik, test verdik. Telefona pozitiv olması barədə cavab gəldi. Elnur kimi həyatsevər, hər şeyə normal baxan insan o mesajdan sonra çökdü. Telefonu söndürdü, heç kimin zənginə cavab vermədi”. Qızı Zöhrə Şükürova ölüm ayağında olan atasını xəstəxanada ziyarət etmədiyinə görə peşman olduğunu söyləyib: “Sonuncu dəfə atamı xəstəxanaya yola salarkən gördüm. Gedəndə mənə dedi ki, ağlama, pis olma, bir həftəyə qayıdacağam. Özü də vəziyyətinin ağır olduğunu hiss edirdi, amma yenə də təsəlli verməyə çalışırdı. Yanına getmək istəyirdim, amma yaxınlarım dedilər ki, atanı o vəziyyətdə görməsən, daha yaxşı olar. İndi çox peşmanam, kaş yanına gedərdim”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber   / baku.tv     / bakutvofficial   https://www.baku.tv ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI   QAPQARA ➧    • QAPQARA   AYDIN TARİX ➧    • AYDIN TARİX   ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?   O VAXTLAR ➧    • O VAXTLAR   SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD   BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK   BAKU MED ➧    • BAKU MED   RƏSMİLƏR ➧    • RƏSMİLƏR   BAKU AKTUAL ➧    • BAKU AKTUAL   RETRO BAKU ➧    • RETRO BAKU   ARAŞDIRMA ➧    • ARAŞDIRMA   44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA   QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI   QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI   Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #retrobaku #elnurəşrəfoğlu #jurnalist #aparıcı #şərhçi #hüquqşünas #neftçiklubu #televiziyaaparıcısı #cüdofederasiyası #elnuresrefoglu 00:00 - Giriş 00:20 - Elnur Əşrəfoğlu haqqında 00:41 - İlahə Şükürova (Həyat yoldaşı) 00:57 - Çingiz Əhmədov (Əməkdar artist, dostu) 01:13 - Zöhrə Şükürova (Qızı) 01:57 - Mətin Şükürov (Oğlu) 02:44 - Elnurun mənfi cəhətlərindən biri hər yerə gecikməsi idi 04:13 - Ağır xəstəlik səbəbi ilə böyrəyinin birini götürmüşdülər 05:08 - Telefonuna gələn mesajdan sonra Elnur çökdü 07:18 - Çox peşmanam ki, kaş atamı görməyə gedərdim 09:15 - Telli Pənahqızı (Əməkdar mədəniyyət işçisi) 11:02 - Mən atam öləndən sonra böyüdüm 11:51 - Elnurun ölməyini yuxumda görmüşdüm 12:26 - Atam-anam öləndə ağlamamışam, amma Elnur məni ağlatdı 13:25 - Telefonuna baxanda bir daha bildim ki, nə qədər mükəmməl insandır

Comments