Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Məcburi köçkünlərin etirazından sonra Prezident fərmanını dəyişdi в хорошем качестве

Məcburi köçkünlərin etirazından sonra Prezident fərmanını dəyişdi 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Məcburi köçkünlərin etirazından sonra Prezident fərmanını dəyişdi

Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” bu il yanvarın 23-də verdiyi fərmana dəyişikliklər edib. Bununla bağlı O, fevralın 14-də yeni fərman verib. Sənəddə qeyd edilir ki, fərmanın 1.1. 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerində (yataqxana, pansionat) təbii qazla təmin olunmayan məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər istisna olmaqla sözləri əlavə edilsin. Buna da bax:​ Bu məcburi köçkünlərin sayğaclaşma problemi yoxdur... Bu fərmanda vurğulanır ki, onların fərdi qaydada sayğacların quraşdırılması mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar yenə dövlət hesabına ödənilsin. Bu imtiyaz fərdi qaydada təbii qazla təmin olunmayan, sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə də şamil edilir. Sənəddə qeyd edilir ki, fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinətin məbləği bu il fevralın 1-dən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilsin. Buna da bax: Sayğaclaşmaya etiraz dalğası genişlənir (Video) Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən edilsin. Üstəlik, Nazirlər Kabineti fərmanın 3.1-ci bəndində nəzərdə tutulan yerlərin qazlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində prezidentə təqdim etməlidir. Sənəddə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də tapşırıq verilir. Buna da bax:​ Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik' Komitə fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan, təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərin sayını, yerlərini, adlı siyahılarını aidiyyəti üzrə “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC və “Azərsu” ASC ilə birgə müəyyən etməlidir. Komitə məcburi köçkünlər, onlara bərabər tutulan şəxslərin istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa sözü gedən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etməlidir. Buna da bax:​ Köçkünlərdən 'sayğaca yox' aksiyası Xatırlatma Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək. Bu son günlər məcburi köçkünlərin etirazları ilə qarşılanmışdı.

Comments