Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Milli Qəhrəman Natiq Qasımovun anası və bacıları APA TV-yə danışdılar - APA TV в хорошем качестве

Milli Qəhrəman Natiq Qasımovun anası və bacıları APA TV-yə danışdılar - APA TV 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Milli Qəhrəman Natiq Qasımovun anası və bacıları APA TV-yə danışdılar - APA TV

#APATV #MilliQəhrəman #NatiqQasımov #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm İyunun 25-də Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Əməkdaşlarımız Natiq Qasımovun Gəncə şəhərində yaşayan Anası Dursun Qasımovun evində oldular. Göz yaşlarını saxlaya bilməyən Milli Qəhrəman şəhid Natiq Qasımovun anası bildirdi ki artıq arzularıma çatıb. O, Ölkə başçısına təşəkkürünü də bildirib. Şəhid anası Dursun Qasımova bildirib ki, neçə illərdi bu adın verilməsini gözləyirmiş Milli qəhrəmanımızın anası xəbəri qonşudan öyrəndiyini bildirib. O qeyd edib ki həmin vaxtı bir anlıq həyacan keçirdib. Amma bu barədə evdə heç kəsə bildirməyib. Anası deyir ki,oğlu müharibəyə getdiyi gün bu günə kimi yadındadı və o günü heç vaxt unutmayacaq. Natiq Qasımova Milli Qəhraman adı verilməsi bacılarında sevincinə səbəb olub. İndi onların tək bir arzuzsu var.Bütün şəhidlər kimi Natiq Qasımovun da məzarının olması. Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb. Ağdamda Qatır Məmməd kimi tanınan Yaqub Rzayevin başçılığı altında Qarabağ şahinləri dəstəsində ermənilərə qarşı döyüşüb. Xatırladaq ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı şəhid olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib. Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında dərc edilib. Onu da qeyd edək ki, Natiq Qasımovun döyüş yolu barəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filmi çəkilib. Fuad Nazimoğlu Elşad Cəfər APA TV Gəncə ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi X səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments