Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Pulun idarə edilməsi / Orxan Şahbaz (Sosial araşdırmaçı) в хорошем качестве

Pulun idarə edilməsi / Orxan Şahbaz (Sosial araşdırmaçı) 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Pulun idarə edilməsi / Orxan Şahbaz (Sosial araşdırmaçı)

Bu videoda vacib bir mövzudan – Pulu idarə etməkdən danışacağıq. Bu hamının həsrətində olduğu, amma hər kəsin sıxıntı yaşadığı bir mövzudur. Azərbaycan cəmiyyəti pulun idarə edilməsində o qədər də uğurlu olmayan bir cəmiyyətdir. Düzdür, beyində fikir yarana bilər ki: “Onsuz da aya 300, 450 manat maaş alırsan, digər aya borcla çıxırsan, biz bunla necə edək?” Bunların hamısı var. Amma bir şeyi dəyişmək üçün mütləq şəkildə onu idarə etməliyik. Çünki idarə edə bilmirsənsə, daha da dərinə düşürsən. İndi bəzi məsələləri deyəcəm, fərqliliklərin olub-olmadığını görmək üçün özünüzdə də analiz apara bilərsiniz. İncəliyə baxanda əslində 10 qəpik də olsa, geriyə ata biləcəyimiz nəsə var, sadəcə biz onları fikirləşmirik. İnsanların bədxərc olmasının və pulu idarə edə bilməməsinin əsas səbəbi texnoloji proseslərin inkişaf eləməsi, marketinqin üst səviyyəyə çatması və sünii ehtiyacın yaradılmasıdır. Bizim süni ehtiyaclarımız var. Məsələn, baxırıq ki, “o filan telefonu işlədir, o filan texnologiyadan istifadə edir.”, “Bu restorana gedir, mən niyə getmirəm? Mən də gedim”. Məsələn, tutaq ki, mənim cibimdə 100 manat var, düşünürəm ki, bunu ayın axırına qədər çatdırmalıyam, amma mən onları görürəm və mühitim də elədir. Nəticədə həmin 100 manatı 3 günə xərcləyib bitirirəm. Təbii ki, bu halda idarə edə bilməyəndə sıxıntılar yaranır. Oradan “axı bu mənim haqqımdır” dediyinizi hiss eləyirəm, bunu da anlayıram. Sadəcə bir önəmli məsələ var. Sənin haqqın olan bir şeyi etməyin üçün indidən bu məsələləri idarə etməlisən ki, gələcəkdə haqqın olan şeyləri istədiyin vaxt ala biləsən. Məsələ budur. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- - Əlaqə:   / businestalks...​   - Animasiyanı Animators ( https://animators.az ) şirkəti təqdim edir. -------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Kontent Müəllifi: Orxan Şahbaz Səsləndirmə müəllifi : Tural Vəliyev Animasiya müəllifi : Jalə Həsənzadə Layihə Meneceri : Kamran Tağıyev

Comments