Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Yeni qanunla fərdi taksiləri nələr gözləyir? в хорошем качестве

Yeni qanunla fərdi taksiləri nələr gözləyir? 10 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yeni qanunla fərdi taksiləri nələr gözləyir?

İllərini taksiyə həsr etsələr belə, xüsusi təlimdən keçməyən sürücülər taksi sürə bilməyəcəklər. Oktyabrın 1-dən qüvvəyə minən “Avtomobil nəqliyyatı haqqında” qanun taksi fəaliyyətinə dəyişiklik gətirib. Dəyişikliklərə görə, taksi sürmək üçün xüsusi icazə vərəqəsi alınmalıdır. İcazə vərəqəsi üçün sürücü ödənişi 76 manat olan 5 günlük təlimi uğurla başa vurmalıdır. Həmçinin sürücü taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi və buraxılış kartı üçün ümumilikdə 150 azn ödəməlidir. Taksi fəaliyyətinə icazə 7 il müddətinə verilir. Heç bir xarici şirkətə bağlı olmayıb, fərdi çalışan sürücülər yeni qanunun tələblərindən narazıdır. Gedişhaqqını müəyyən etmək üçün taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır. Fərdi işləyən taksilər bu xərcləri özləri qarşılamalıdırlar. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, reysqabağı avtomobil texniki müayinədən, sürücülər isə tibbi müayinədən keçməlidirlər. Məcburi köçkün düşəndən Bakıda ailəsini dolandırmaq üçün məcburiyyətdən taksi sürücüsü işləyən Elbrus Məmmədov yoxlanışların hər gün keçirilməsinin texniki çətinliklərindən danışır. Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri sürücülərə qanunun qüvvəyə minməsilə bağlı xəbərdarlıq mesajı göndəriblər. Təlimdən keçməyib, icazə vərəqələri almayanların proqramları bağlanacaq. Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsinə, qeyri-formal məşğulluğun qarşısının alınmasına hədəflənib. 2024-cü il yanvarın 1-dən taksi fəaliyyətilə bağlı qanuna gətirilən dəyişikliklərə əməl etməyənləri cərimələr gözləyir. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter:   / meydantv   Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram:   / meydantv   __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Comments