Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб 30 dəqiqədə Xocalı sakinlərinin hamısını... | Raşid Beqlaryandan etiraf в хорошем качестве

30 dəqiqədə Xocalı sakinlərinin hamısını... | Raşid Beqlaryandan etiraf 3 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



30 dəqiqədə Xocalı sakinlərinin hamısını... | Raşid Beqlaryandan etiraf

30 dəqiqədə Xocalı sakinlərinin hamısını... | Raşid Beqlaryandan etiraf Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi keçirilib. Sabunçu Rayon Məhkəməsində Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə R.Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, Fransadan onun hesablarına 2 milyon avroya yaxın pul köçürülüb. Özünün iddiasına görə isə həbs olunanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər. O, istintaqa verdiyi ifadəsində Xocalıda və digər Azərbaycan rayonlarında törədilən qırğınlardan danışıb: “Həmin vaxt Qarabağda silahlı bölük var idi. Bu bölüyə Vitali Balasanyan rəhbərlik edirdi. Həmin vaxt Qarabağda bir çox tapşırıqlar icra edən Seqo Doluxanyanla dostluq etmişik. Seqo 1990-cı ilin əvvəlində döyüşlərdə aktiv iştirak edirdi. O mənə dedi ki, Xocalıda yaşayan azərbaycanlılar bu gün rayonu tərk edəcəklər. Qarabağda əlisilahlı ermənilər onların gedəcəklərini bilirdi". Onun sözlərinə görə, həmin əlisilahlı ermənilər Əsgəran qalasının yaxınlığında təpələrdə mövqe tutaraq Xocalını tərk edən azərbaycanlıları gözləyiblər. "Gündüzə yaxın təxminən 150 nəfər azərbaycanlı göründü. Çoxu qadın, uşaq və qocalar idi. Seqo bildirmişdi ki, onların hamısını öldürəcəklər. O, azərbaycanlılara nifrət etdiklərini deyirdi. Təxminən 30 dəqiqədə onların çoxunu öldürə bildik, ermənilər onların öldüyünə əmin olandan sonra əşyalarını soyub geri qayıtdılar", – deyə V.Beqlaryan bildirib. O vurğulayıb ki, yaxın ərazidə yaşayan ermənilər öldürülən azərbaycanlıların meyitlərinin çürüməsindən və xəstəlik yayılacağından şikayət ediblər, ona görə də həmin cəsədləri toplayaraq Əsgəran qalasının yanında kütləvi məzarlıqda dəfn ediblər. Hakim təqsirləndirilən şəxsin məhkəmədəki və istintaqdakı ifadələrində ziddiyət olduğunu deyib. Belə ki, R.Beqlaryan istintaqda ifadəsində deyib ki, hadisələrin şahidi olub, lakin məhkəmədə hadisəni ona Seqo Doluxanyanın danışdığını deyib. O, Xocalıdakı qırğınların soyqırımı olduğunu qəbul edib. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verib. Eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinir. Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber   / baku.tv     / bakutvofficial   https://www.baku.tv ARZUNUN VAXTI ➧    • ARZUNUN VAXTI   QAPQARA ➧    • QAPQARA   AYDIN TARİX ➧    • AYDIN TARİX   ORALARDA NECƏDİR? ➧    • Oralarda necədir?   O VAXTLAR ➧    • O VAXTLAR   SONUNCU ŞAHİD ➧    • SONUNCU ŞAHİD   BAKU ANALİTİK ➧    • BAKU ANALİTİK   BAKU MED ➧    • BAKU MED   RƏSMİLƏR ➧    • RƏSMİLƏR   BAKU AKTUAL ➧    • BAKU AKTUAL   RETRO BAKU ➧    • RETRO BAKU   ARAŞDIRMA ➧    • ARAŞDIRMA   44 GÜN ƏSGƏR RƏŞADLA ➧    • 44 GÜN ƏSGƏR RƏŞADLA   QARABAĞ XRONİKASI ➧    • QARABAĞ XRONİKASI   QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧    • QƏRBİ AZƏRBAYCAN XRONİKASI   30 dəqiqədə Xocalı sakinlərinin hamısını... | Raşid Beqlaryandan etiraf 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #xocalısakinləri #raşidbeqlaryan #fransa #məhkəmə #vitalibalasaryan #ermənistan #qarabağ #ermənilər #əskəranqalası

Comments