Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Akif Səməd - A bəxtəvər, elə bilmə yadam mən Akif Səmədə в хорошем качестве

Akif Səməd - A bəxtəvər, elə bilmə yadam mən Akif Səmədə 11 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Akif Səməd - A bəxtəvər, elə bilmə yadam mən Akif Səmədə

Şeir: Akif Səməd - A bəxtəvər, elə bilmə yadam mən Akif Səmədə Səsləndirmə: Akif Səməd Musiqi: Ələkbər Tağıyev - Sən gəlməz oldun Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] AKİF SƏMƏD - A BƏXTƏVƏR, ELƏ BİLMƏ YADAM MƏN AKİF SƏMƏDƏ A bəxtəvər, elə bilmə Yadam mən Akif Səmədə. Dərd ha deyil, düşmür çiçək Badamdan Akif Səmədə. Anam məni daş doğmadı, Gözlərində yaş doğmadı. Ağac yaxın, daş doğmadı Adamdan Akif Səmədə. Çox da yollar buz-qarıymış, Fələklər bizə yarıymış. Bircə qarış yol varıymış, Adəmdən Akif Səmədə. "Akif Səməd (Məmmədov Akif Səməd oğlu) 1959-cu il iyulun 22-də Qazax rayonunun Astanbəyli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Müxtəlif qəzetlərdə, Azərbaycan Dövlət Teleradio Şirkətində çalışıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitabları nəşr olunub. Dostlarının dediyinə görə, Akif Səməd həmişə and içəndə “O üç kitab haqqı” deyirmiş. Hamı da elə bilirmiş, müqəddəs kitabları nəzərdə tutur. Bir gün söhbət həmin kitablardan düşəndə şair deyir ki, öz yazdığım kitablara and içirəm, mənim də haqqım onlara çatır. Şair yaşından olduqca qoca görünürdü. İri, qalın bığları və başına qoyduğu buxara papaq bu görüntünü daha da artırırdı. 40 yaşı olanda dostları zarafatla mindikləri taksi sürücüsündən qarşıda əyləşən Akif Səmədə neçə yaş verdiyini soruşurlar. Taksi sürücüsünün cavabı qəribə olur: - 73. Sonralar bu əhvalatı xatırlayan Akif Səməd hirslənir: - Zalım elə də 73 deyir, elə bil, çox dəqiq bilir. Heç olmasa 70 deyə, 75 deyə, yuvarlaqlaşdıra, adam yanmaz. Akif Səməd dövrünün ən yaxşı gəraylı ustalarından biri kimi tanınıb. Onun aşağıdakı gəraylısı çağdaş klassika hesab olunur: A bəxtəvər, elə bilmə Yadam mən Akif Səmədə. Dərd ha deyil, düşmür çiçək Badamdan Akif Səmədə. Akif Səməd iki dəfə infarkt keçirmişdi. Əməliyyatına üç min dollar lazım olub. Pul tapa bilməyib. Həkim bu rəqəmi ilk dəfə deyəndə gülüb: “Üç minim olsa ürəyim niyə ağrıyırdı ki?!” Şairin ölümü gözlənilməz olub. O, 2004-cü il iyulun 6-da Azərbaycan Yazıçılar Birliyinin qarşısında 44 yaşında qəfil növbəti infarktı keçirir və elə ordaca dünyasını dəyişir. Qazaxda doğma kəndində torpağa tapşırılır". #akifsəməd #akifsemed #abəxtəvəreləbilməyadammənakifsəmədə #ələkbərtağıyev #səngəlməzoldun #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Comments