Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб "Bir muzeyin sirri": Azərbaycan Milli Xalça Muzeyi в хорошем качестве

"Bir muzeyin sirri": Azərbaycan Milli Xalça Muzeyi 2 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



"Bir muzeyin sirri": Azərbaycan Milli Xalça Muzeyi

“Bir muzeyin sirri” Qonağımız - Əməkdar artist Xəyyam Nisanov -------------------------------------------- 📌 Azərbaycan Milli Xalça Muzeyi 🏛️ Dünyanın ilk xalça muzeyi -------------------------------------------- Dünyada xalça sənəti üzrə ilk ixtisaslaşmış muzey olan Azərbaycan Milli Xalça Muzeyi görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə yaradılıb. Muzey 2014-cü ildən etibarən məşhur avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilən və gözəl Bakımızın simvollarından birinə çevrilən unikal binada fəaliyyət göstərir. Xalqımızın zəngin daxili aləmini, milli xüsusiyyətlərini, estetik zövqünü əks etdirən, nadir Azərbaycan xalçalarının qorunduğu qeyri-adi tikili xarici qonaqların daim üz tutduğu məkana çevrilib. Möhtəşəm mədəniyyət müəssisəsi ölkəmizin yeganə muzeyidir ki, son illər dəfələrlə məşhur səyahət platforması sayılan "Tripadvisor", 2023-cü ildə isə “Tripexpert” tərəfindən səyahətçilərin və ekspertlərin rəyləri əsasında sertifikatlara layiq görülüb. Azərbaycan Milli Xalça Muzeyi artıq neçə illərdir ki, ölkəmizin ən çox ziyarət olunan muzeyi ünvanını qoruyub saxlayır. Bu həm də Azərbaycanın ilk inklüziv muzeyidir. Muzeydə gözəlliyi və çeşidliliyi ilə fərqlənən 10 mindən artıq eksponat – xovlu və xovsuz xalçalar, xalça məmulatları, parça, geyim, tikmə, bədii metal, zərgərlik əşyaları və s. qorunur. Burada xalçalar görkəmli alim Lətif Kərimovun müəyyən etdiyi bölgüyə uyğun olaraq nümayiş etdirilir. Bunlar Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz tiplərinə aid xalçalardır. “Bir muzeyin sirri” layihəsində Əməkdar artist Xəyyam Nisanov öncə tamaşaçıları Azərbaycan Milli Xalça Muzeyinə qısa səyahət etdirir, sonda onlara doğma yurdu Qubanın nadir xalçaları, o cümlədən “Zeyxur” xalçası barədə məlumat verir. XIX əsrə aid “Zeyxur” xalçası ölkəmizin qədim tolerantlıq ənənələrinə böyük önəm verdiyini göstərən unikal sənət əsərlərindən biridir. Onun üzərində Quba xalçalarına aid zəngin naxışlarla Tövratdan götürülən hekayət əsasında təsvir olunan dini süjetin mükəmməl vəhdəti yaradılıb. #Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #muzey #BirMuzeyinSirri

Comments