Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб O, deputat kimi nə edə bildi? Sovetin şişirdiyi Zeynəb Xanlarova kimdir? в хорошем качестве

O, deputat kimi nə edə bildi? Sovetin şişirdiyi Zeynəb Xanlarova kimdir? 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



O, deputat kimi nə edə bildi? Sovetin şişirdiyi Zeynəb Xanlarova kimdir?

Azərbaycanın yaşayan ən məşhur sənət adımdan danışırıq... Biri var, efirdə ilk dəfə oxuyarkən hərəkət edən, millət vəkili kimi effektiv iş görməyən, emosianal çıxışlarıyla mətbuatı qarışdıran, SSRİ Xalq artisti Zeynəb Xanlarova... Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda Dağlı məhəlləsində anadan olub. Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivində çıxış edərkən münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli film çəkilib. Sinxron:    • Zeyneb Xanlarova 1979 TV  nostalji AZ...   36:32 – 36:38 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Uzun illər yeni il başlayan kimi dövlət televiziyası vasitəsi ilə ilk Zeynəb Xanlarovanın ifası verilib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular. Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir. Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır. Milli Məclis spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib: Zeynəb Xanlarovanın səsində, səhnə performansında hansı əlahiddə detallar var idi? Sovet təbliğatı ilə şişirdilib hamının sevimlisinə çevrilmiş bu xanım doğurdanmı bənzərsiz səsə sahib idi? Ümumiyyətlə, üstünüzdə Allah var, onun səsi ilə dünyanı fəth etmək ədalətlidirmi? Axı ondan əvvəl də, onun dönəmində də, ondan sonra da Azərbaycanda onlarla müğənni var idi ki, Zeynəbin əlinə çöp verərdi. Onun yırğalanmağını 60 il əvvəl Qərb televiziyalarında çeynəyib puç eləmişdilər. Zeynəb sovet ekranlarında yırğalananda həmkarları Qərbdə səhnəyə at belində gəlirdi. SSRİ-də isə bunu eləməyə kimsəyə icazə vermirdilər. Müğəniləri "smirna" oxudurdular. Günlərin biri Zeynəbə yaşıl işıq yandırıb dedilər, oyna, dünyanın xoşbəxti sənsən dünyada! Sovet Zeynəb Xanlarova kimi lal obrazları ölkəmizdə o qədər çoxaltmışdı ki, onlar nəinki Azərbaycan SSRİ-yə, hətta müstəqil Azərbaycana da öz "töhfə"lərini verdilər; təkca Az.SSR Ali sovetinin deyil, Milli Məclisin də bir kreslosunu uzun illər zəbt etdilər, illərini ötüşdürdülər, görmədilər, eşitmədilər, danışmadılar... Zeynəb Xanlarova millət vəkili kimi, demək olar ki, heç bir məntiqli fikri, əhəmiyyətli qərarı ilə yadda qalmadı. Amma bu sözü deyən kimi başlayırlar ki, sən dünya şöhrətli şəxsiyyətə qarşı niyə belə davranırsan? Mənim də dediyim budur, Zeynəbə dünya şöhrətini ona görə qazandırmışdılar ki, bu gün haqlı tənqid olunanda belə, sizin arqumentlərinizlə onu müdafiə edəcək adamlar tapılsın. Düzdür, Zeynəb Xanlarova bütöv adam idi, SSRİ Xalq artisti olsa da, Milli məclisdə ən az artistlik eləyənlər idi. Mətbuatın xoşuna gəlsin deyə üzdə bir söz deyib, arxada xalqın anasını ağlatmırdı. Şablon, qaradinməz, kobud bir xanım idi. Ancaq bu tip qadınlar yaxşı ana, yaxşı nənə ola bilərlər, övladlarına kəskin məsləhətlər verib onları dürüst yetişdirə bilərlər. Amma deputat... 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib. O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Zeynəb Xanlarova bir qərinəlik deputatlıq fəaliyyətində dad etdiyi dənizkənarı hasar problemini də həll etdirə bilmədi, Xəzərin sahillərinə çəkilmiş hasarlar hələ də durur. Amma o şöhrətin, titulun altında bir böyük adam olsaydı, bu gün udan tərəf xalq olacaqdı.

Comments