Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Leyla Əliyeva - Gedim bir az ağlayım! в хорошем качестве

Leyla Əliyeva - Gedim bir az ağlayım! 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Leyla Əliyeva - Gedim bir az ağlayım!

Leyla Əliyeva - Gedim bir az ağlayım! Müəllif - Leyla Əliyeva Musiqi - Ruslan Səferoglu aranjiman - İsmayil Alizadə Balaban Feqan Rəhmanoglu İfa Gulyanaq Memmedova & Nureddin Mehdixanli Gedim bir az ağlayım, Elə-belə... astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə... astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa... Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin - "Niyə sığmır sinəmə?" Gah tufan, gah da rüzgar Apardıqca uzağa... Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama - Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca... Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin... Nə qədər oyun açıb başıma... Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: "Götürün, Verdim onu Allaha!" Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?! Ruscadan çevirəni: Mahir QABİLOĞLU Video kompozisiyanı hazırladı: Paşayev Şakir Gəncə şəhəri

Comments