Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Kərim - Rədd elə getsin в хорошем качестве

Kərim - Rədd elə getsin 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Kərim - Rədd elə getsin

Videonun kanaldan götürülüb paylaşılması qadağandır. Müəllif hüquqları qorunur. Rəsmi hesab: instagram.com/kerim_meyxana Yayım: instagram.com/kamil_kerimoglu Əlaqə: +994552107235 #kerim #meyxana #reddelegetsin Ey dil, o vəfasız gözəli rədd elə getsin Gül bağına qoyma xəzəli, rədd elə getsin Kimdir o bivəfa? sual et sən bir özündən, Min naz ilə dünyanı tamam saldı gözündən. Əvvəlcə sənə söz verərək, döndü sözündən Gəlmir sözüylə düz əməli, rədd elə getsin O gül ki, vəfasızlığını eylədi agah Yoxdur sənin məhəbbətinə layiqi vallah Bir diş ki, ağrıya ağızda ruzi-şəbərgah Çəkdir o dişi, el məsəli rədd elə getsin Canan gərəkdir aşiqi tək əhli-hal olsun, Tək-tək var isə sənətə vurğun, halal olsun Yazıq o kəsdir sevdiyi hərdəmxəyal olsun Qanmırsa o şeiri, qəzəli rədd elə getsin. Əvvəl görəndə zənn elədin sanki mələkdi, Məlum elədi sonradan, hər nazı kələkdi, Çəkdikcə onun nazını sən, ruzini çəkdi Düşmür sənə ağırdır əli, rədd elə getsin. Əfsus ki, yalandır sənə məhəbbəti vardır, Hardan biləsən qəlbdə nə niyyəti vardır? Mümkün ki, təbiətində zəli təbiəti vardır Qoyma sovura qanını zəli, rədd elə getsin Könlüm bu dəli Leyliyə məftun ki, deyilsən, Məcnun kimi səhralara məskun ki, deyilsən, Məcnun dəlidir, sən ona uyğun ki, deyilsən Hardan səni tapdı bu dəli? Rədd elə getsin. Ya küsdürüb, incit, ya bezarlaşdır özündən, Bir fikrə gedib, nəisə qərarlaşdır özündən Axır onu bir yolla kənarlaşdır özündən Yoxdursa geri yol, irəli! Rədd elə getsin. Axtar tap elə gül, edə ətri səni bihuş, Gördükdə onu etmiyə rişxənd daha tay-tuş, İllərlə bəslə, ola bilməz sərçə qaranquş, Çünki, belə qoyulub təməli, rədd elə getsin!

Comments