Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Klimaks(menopauza) - Ali dərəcəli ginekoloq Dr. Sevinc Mehtiyeva в хорошем качестве

Klimaks(menopauza) - Ali dərəcəli ginekoloq Dr. Sevinc Mehtiyeva 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Klimaks(menopauza) - Ali dərəcəli ginekoloq Dr. Sevinc Mehtiyeva

Hospitalımızın ali dərəcəli ginekoloqu Dr. Sevinc Mehtiyeva klimaks(menopauza) və onun haqqında doğru bildiyiniz yanlışlar barəsində danışıb. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın. İndi mən sizə klimaks haqqında məlumat vermək istəyirəm. Klimaks sözünün Yunan dilindən tərcüməsi “pilləkən, nərdivan, keçid” deməkdir, yeni həyata keçid. O həyata ki artıq qadın özünə fikir verməyə başlayır. Uşaqlar böyüyüblər, hərəsi bir qırağa çıxır. Özünü təkmilləşdirmə ilə məşğul ola bilər, özünə daha dərindən fikir verə bilər. Həmin həyata keçid deməkdir. Klimaks dövründə nə baş verir? Cinsiyyət üzvlərinin hormonları tədricən azalır və sönür. Lakin bu proses çox yavaş-yavaş gedir və qadın ahıl yaşına çatana qədər gedir. Yəni klimaks başlayan, menopauza başlayan qadınlar fikirləşməsinlər ki, onlar birdən-birə qocalıblar. Elə olmur. O çox yavaş-yavaş, ehtiyatla, tədricən gedir və qadın onu hiss etmir. Adətən, klimaks 45-50 yaşlarında başlayır. Lakin bəzən erkən klimakslar, bu, hansı ki, 35-36 yaşında başlaya bilər və gecikmiş klimakslar, 55 yaşından sonra başlayan klimakslara da rast gəlinir. Hər ikisi yaxşı deyil. 35-36 yaşında əmələ gələn klimaksların qabağını almaq mümkündür. Çünki ola bilsin ki, bu qadın hələ uşaq dünyaya gətirməyib. O əgər həkimə vaxtında müraciət edərsə, onun funksiyaları bərpa oluna bilər və 55 yaşından yuxarı qadında klimaks hələ başlamayıbsa, menopauza başlamayıbsa, bu da təhlükəlidir. Çünki, adətən, bu, daha ciddi xəstəliklərin olmasına, xərçəngin olmasına bir əlamətdir. Ona görə mütləq həkim müalicəsindən keçmək lazımdır. Həm erkən klimaks, həm gecikmiş klimaks bədənə çox ziyandır. Klimaksın əlamətləri nələrdir? Tər basma, isti basma, üzün qızarması, - bu, hətta gündə 20 dəfə ola bilər - bədən temperaturunun ara-sıra qalxması, 37.2-37.5-ə qədər heç bir səbəb olmadan, heç bir soyuqlama olmadan, klimakterik dövrdə və menopauzanın başlanan dövründə bu, xas xüsusiyyətdir. Qadın elə bilir ki, ona soyuq dəyib, amma soyuqdəyməsi yoxdur. Sadəcə klimaksa görə bədən temperaturu qalxır. Bundan başqa, arterial təzyiq qalxa bilər. Dəridə quruluq, selikli qişalarda quruluq, sidikqaçırma, sidik cinsiyyət üzvlərində narahatlıq, müxtəlif ağrılar - bunların hamısı klimaksın əlamətləridir. Psixoemosional nöqteyi cəhətdən onlar çox ağlağan olurlar, boş yerə əsəbiləşirlər, özlərindən çıxırlar, yuxusuzluq olur, baş ağrıları olur. Bunların hamısı klimaksın əlamətləridir. Özlərində bu əlamətləri hiss edən qadınlar, əlbəttə ki, həkimə müraciət etməlidirlər. Həkim onların düzgün müalicəsini verəcək və bu halların hamısı keçəcək. Əlbəttə, klimaksın müalicəsi müxtəlifdir. Bəzi qadınlarda belə mif, belə əfsanə kimi fikirlər yaranıb ki, klimaksı ancaq hormonal tabletlərlə müalicə edərlər. Bəli, qadınlara hormonal tabletlər verməklə klimaksı gecikdirmək olar, klimaksın əlamətlərini, simptomlarını çox yumşaltmaq olar və tamamilə yoxa çıxarmaq olar, bəli. Lakin bəzi qadınlara hormonal tabletlər vermək olmaz. Məsələn, əgər onların bədənlərində xoşxassəli şişlər varsa, miomatoz şişlər varsa, başqa əlamətlər varsa, onlara bəzən hormonal tabletlər vermək olmur, lakin onları bu simptomları yumşaldan başqa dərmanlarla əvəz etmək olur və qadın özünü çox yaxşı hiss edir. Yəni bu, mifin birincisi. İkincisi, qadınlarda bir əfsanə, mif yaranıb ki, əgər məndə klimaks varsa, mən mütləq kökəlməliyəm. Elə bir şey yoxdur. Əgər siz az yesəniz, fiziki aktivliyiniz artıq olsa, yeməyinizin kalorisinə fikir versəniz, təmiz havada olsanız, fitneslə məşğul olsanız, əlbəttə ki, kökəlmə olmayacaq. Adətən, belə vəziyyətlərdə kökəlmə kəmər ətrafı nayihədə və bir də yan tərəflərdə olur və bunun da qabağını mən deyən üsullarla almaq mümkündür. Üçüncü mif odur ki, erkən klimaks olan qadınlar 35-36 yaşında o adamlarda ki klimaks başlayıb, onlar elə bilirlər ki, onlarda hamiləlik ola bilməz. Elə deyil. Düzgün müalicə təyin olunarsa, hamiləlik olur. Çünki bədən birdənbirə sönmür. axı, yavaş-yavaş. O yavaş-yavaş getdiyinə görə onlar həkimə müraciət etsələr, onun qarşısını almaq olar və 35-36 yaşında da və hətta daha gec yaşlarda klimaks başlayan qadınlar hamilə qala bilərlər. Ümumiyyətlə, dahi Koko Şanel deyib ki, qadın 20 yaşında gözəl, 40 yaşında cazibəli, ondan sonra isə ömrünün axırına qədər valehedici ola bilər.

Comments