Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Lənkəran Soyqırımı abidəsi в хорошем качестве

Lənkəran Soyqırımı abidəsi 5 дней назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Lənkəran Soyqırımı abidəsi

Salam əziz dostlar! 8 iyun 2024-tarixindən sizi Lənkəran şəhərindən salamlayıram. Lənkəranda Azərbaycanın bəzi rayonlarında olduğu kimi 1918-ci il Mart soyqırımı xatirəsinə ucaldılmış abidə vardır. Hər birimiz kimi, qonağı olduğumuz yerdə ilk olaraq bu abidəni ziyarət etdim. Azərbaycan müstəqil cümhuriyyətini elan edəndə, Lənkəran və ətrafı separatçı bolşeviklərin əlində idi. Daxili və xarici düşmənlərlə problemləri həll etməyə çalışan hökumət əraziyə de-fakto nəzarət edə bilmirdi. Bu bir yana, tezliklə "Muğan Sovet Respublikasına" köməyə gəlmiş daşnaqlar, Sarı adasında gəmidən düşən kimi "Müsəlmanları qırın!!!" şüarı ilə hər tərəfə atəş açmağa başladılar. Lənkəranda, Muğandan ayri seçkilik nəticəsində sürgün edilmiş günahsız kəndlilər bir yana, şəhər əhalisi bilmədi ki, hara sığınsın. Çox keçmədən, ərazidə olan sovet dumasında da ayrı fikirlilik yarandı və bu silahlı münaqişəyə çevrildi. Küçələrdə günlərlə qan çay kimi axdı!!! Hər küçə, hər tin uğrunda döyüşlər gedirdi. Bu hadisələr, bir ildən çox davam etdi. Hətta, Salyana da nəzarət etmək üçün üçü günlük döyüşlə nəticələnən hücum əməliyyatı da edilmişdi. Mart hadisələrini araşdırmaq üçün Fövqəladə komissiya yaradılmasına baxmayaraq məlum hadisələrə görə həmin komissiya Lənkərana gəlib, hadisələri detallı öyrənə bilməmişdi. Ona görə də məlumatları əsasən rus-bolşevik mənbələrindən alırıq. Mənbələrin bütün subyektivliyinə baxmayaraq, həmin dövr ərzində baş verən hadisələrdən təsirlənən bir çox anti-tatar (anti-azərbaycanlı) subyektlər, daşnaqların törətdiyi qırğından dəhşətə gələrək, Lənkərandan Muğana çəkilmişdi. Bu bir daha daşnaq və sovetlərin ideoloji olaraq ayrı olmasını sübut edir. Beləliklə, nəticəyə gəlmək olarki, çox təəssüfki, Lənkəranda baş verən soyqırım, dəhşətliliyinə və miqyasına görə digər şəhərlərdəkindən heç də geriyə qalmır. Vəzifəmiz, bu tarixi unutmayıb, unutdurmamaqdır. Bu qədər... Lankaran Genocide Monument Hello dear friends! As of June 8, 2024, I am greeting you from the city of Lankaran. In Lankaran, as in some other regions of Azerbaijan, there is a monument erected in memory of the March 1918 Azerbaijani genocide. Like each of us, the first place I visited in this city was this monument. When Azerbaijan declared its independence, Lankaran and its surroundings were under the control of separatist Bolsheviks. The government, struggling to solve problems with both internal and external enemies, could not de facto control the area. Moreover, soon after, the Dashnak killers, who had come to the "help" of the "Mughan Soviet Republic," started shooting wildly in all directions with the slogan "Kill the Muslims!!!" as soon as they disembarked on Sari Island. In Lankaran, innocent villagers who had been exiled due to discrimination from Mughan and the city's residents did not know where to seek refuge. Soon, disagreements arose within the Soviet Duma in the area, leading to armed conflict. Blood flowed like a river in the streets for days! Battles were fought for every street, every corner. These events continued for more than a year. An attack operation aimed at controlling Salyan also resulted in a three-day battle and retreatment. Although an Extraordinary Commission was created to investigate the March events, the commission could not come to Lankaran to study the events in detail due to the known incidents. Therefore, we mainly get our information from Russian-Bolshevik sources. Despite all the subjectivity of the sources, many anti-Tatar (anti-Azerbaijani) individuals, horrified by the massacre perpetrated by the Dashnaks during that period, retreated from Lankaran to Mugan. This further proves the ideological difference between the Dashnaks and the Soviets and the horror scale of actions that happened in Lankaran. In conclusion, it can be said that, unfortunately, the genocide in Lankaran, in its horror and scale, is no less than that in other cities. Our duty is not to forget this history and not to let it be forgotten. That's all...

Comments