Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ay cavan oğlan, bununla nə demək istəyirsən?! - Sabir Rüstəmxanlıdan gənc deputata ağır sözlər в хорошем качестве

Ay cavan oğlan, bununla nə demək istəyirsən?! - Sabir Rüstəmxanlıdan gənc deputata ağır sözlər 12 дней назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ay cavan oğlan, bununla nə demək istəyirsən?! - Sabir Rüstəmxanlıdan gənc deputata ağır sözlər

“Biz 88-ci ildə 1 milyon-milyon yarım insan erməni işğalına qarşı çıxırdıq, onda bunun hakimiyyətə aidiyyəti yox idi”. Bakupost.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Məlumat üçün bildirək ki, deputat Bəhruz Məhərrəmov çıxışında meydan hadisələrini şou adlandırıb: “Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqının sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz Ulu Öndərin portretləri ilə ayağa qalxmışdı. Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçıovun “yenidənqurma siyasətinin” elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları ələ keçirməsi isə hərəkatının məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı. O dövrdə Qorbaçov rejimi bütün ittifaq dövlətlərində müstəqilliyə meyilli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını Ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər”. Onun sözlərinə görə, AXC-Müsavat iqtidarı Şuşa və Laçını satıb iqtidara gəlib: “Kəlbəcəri verib hakimiyyətdə qalmağa çalışdılar, 1993-cü ilin yayında isə Heydər Əliyevdən qisas almaq üçün özlərinə bağlı qüvvələri geri çəkməklə Füzuli, Cəbrayıl, Zəngilanı qumara qoydular”. #azerbaycan #baku #axcp #heyderaliyev #bakupost #parlament #deputat #siyaset

Comments