Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Akif Səməd

Səksənincilər ədəbi məktəbinə məxsus, qısa ömrü ilə və geniş yaradıcılığı ilə çağdaş Azərbaycan poeziyasında özünə məxsus yer tutan, öz dəst-xətti ilə seçilən və bu gün aramızda olmasa da boş yeri görünən Akif Səməd haqqında heç də uzun-uzadı danışmaq niyyətində deyiləm. Bircə onu demək istəyirəm ki, Azərbaycan radiosu ilə apardığı verilişlərini səbirsizliklə gözlədiyim, sevə sevə dinlədiyim, poeziyası ilə az-maz halı olduğum Akif Səmədi 1999-cu il aprelin 19-da Borçalıda Kürüstü kəndlərdən biri olan Kəpənəkçiyə köhnə tanışım qələm əhli Rövşən Nəsiboğlunun övlad toyuna gələndə gördüm. Həmin vaxtlar mən Gürcüstan radiosunda işləyirdim. Radioda ədəbi verilişlər silsiləsi üçün, eləcə də xəbərlərdən sonra bir qayda olaraq verdiyimiz konsertlər üçün Gürcüstanın müxtəlif guşələrində yaşayıb yaradan qələm əhlilərinin öz ifasında oxuduqları şeirləri və el aşıqlarının ifa etdikləri havacatları lentə almağı bir qayda olaraq özümə adət etmişdim. Odur ki, fürsətdən istifadə edib toydan əvvəl onun tələbə dostu Lətif Mustafaoğlu ilə birlikdə toy sahibinin bağına çıxaraq sakit bir guşədə bir neçə şeirini, kiçik bir müsahibəni lentə ala bildim. Onu da qeyd edim ki, Akif Səməd şeirlərini əzbərdən söylədi. Onun şeirləri ədəbi veriliş silsiləsindən bir müddət Gürcüstan radiosu ilə səsləndi. Təəssüf ki, radionun Azərbaycan dilinlə verilişlər bağlandı, lakin onun şeirlərini öz arxivimdə saxlayıram. İndi onun şeilərini və həmin kiçik bir müsahibəni Yutuba qoymaqla pərəstişkarlarını, ümumiyyətlə, poeziya vurğunu olanları müəyyən dərəcədə sevindirəcəyimə əminəm. Allah ona qane-qane rəhmət etsin, yeri behişt olsun, amin. Təqdim edən: Mirzə Məmmədoğlu.

Comments