Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Jurnalistlər Ağdamda görüləcək işlərlə tanış olublar в хорошем качестве

Jurnalistlər Ağdamda görüləcək işlərlə tanış olublar 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Jurnalistlər Ağdamda görüləcək işlərlə tanış olublar

MEDİA Agentliyinin Ağdama təşkil etdiyi səfər çərçivəsində jurnalistlər Bərdə-Ağdam avtomobil yolunun inşası ilə tanış olublar. APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, layihə Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq, Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Görülən işlər 28 il öz doğma ata-baba ocağından didərgin düşən rayon sakinlərini daha çox sevindirib: Ağdam şəhərinin baş planının təsdiq olunması ilə yaşıllıq massivlərinin bərpasına da start verilib. Ölkə başçısı Ağdam şəhərində ən qısa müddətdə böyük parkların, yaşıllıq zolaqlarının və ermənilərin məhv etdiyi meşələrin bərpa olunacağını deyib. Yeni salınan meşə-parkın ərazisi ilkin olaraq 125 hektar təşkil edəcək. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu meşə-parkda yaradılacaq gölə töküləcək. Artıq minalardan təmizlənən torpaqların bir hissəsi şumlanıb və ağaclar əkilib. Yeni inşa olunacaq obyektlərdən biri də Ağdam Sənaye Parkıdır. Ağdam Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili nəzərdə tutulub. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulması, 330 iş yeri açılması planlaşdırılır. Ağdamda görüləcək işlər bununla yekunlaşmayacaq. Ərazilər minalardan təmizləndikcə daha böyük layihələrin reallaşdırılması planlaşdırılır. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha #apatv #apaxeber #apacanli

Comments