Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Hansı sənədsiz evlərin sakinlərinə konpensasiya veriləcək? - APA TV в хорошем качестве

Hansı sənədsiz evlərin sakinlərinə konpensasiya veriləcək? - APA TV 7 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Hansı sənədsiz evlərin sakinlərinə konpensasiya veriləcək? - APA TV

#APATV #Bakı #sənədsizevlər #MilliMəclis #ekspert #rəy #aynurqara #əmlak #mülk #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada konkret iş yoxdur. Sənədsiz evlər problemi hələ də həllini tapmayıb. Hesablamalara görə, hazırda Bakı və ətrafında sənədsiz fərdi yaşayış evlərinin sayı 450-500 min arasındadır. Vətəndaşların belə mənzillərə "Çıxarış" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Çünki həyət evləri çox zaman kənd təsərrüfatı, sənaye əhəmiyyətli, habelə müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələrində, mühafizə zolaqlarında, aktiv mədən və ya vulkanik ərazilərdə yerləşir. Bu evlərdən hansıların söküləcəyi, hansılara sənədlərin veriləcəyi isə hələ də bəlli deyil. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mütəxəssislər tərəfindən münasibət bildirilsə də, dövlət səviyyəsində müzakirələr aparılsa da, məsələyə tam yanaşma ortaya qoyulmayıb. Eskpert bildirir ki, bu sahədə müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti qənaətbəxş deyil. Ekspert Ramil Qasımlı isə bildirir ki, məsələ ilə əlaqədar olaraq aidiyyəti qurumlar inventarlaşdırma işi aparıb, artıq sənədlər müzakirə üçün hökumətə təqdim olunub. Ramil Qasımlı ümid edir ki, yaxın vaxtlarda sənədsiz evlərlə bağlı amnistiya aktı təsdiqini tapacaq. Onun sözlərinə görə, qeydiyyatsız evlərin sənədləşməsi dövlət üçün də əhəmiyyətli bir məsələdir. Bu bir çox problemin həllinə səbəb olacaq və iqtisadiyyata da mühüm töhfə verəcək. Ekspert onu da vurğuladı ki, ən çox müzakirə yaradan məsələ kommunikasiya xəttlərinin üzərində yerləşən fərdi yaşayış evləridir ki, məhz buna görə də hökumət problemə ehtiyatla yanaşır. Yüksək gərginlikli işıq xətlərinin altında, yüksək təzyiqli qaz xətlərinin, su kəmərlərinin üzərində, dəmir yol xəttinin mühafizə zonasına yaxın, neft müqavilələrinə aid olan torpaqlarda yerləşən evlərlə bağlı məsələlər hökumətdə hərtərəfli müzakirə olunur. Ramil Qasımzlı bəzi evlərin kənd təsərrüfatı təyinatı olan torpaqlarda tikildiyini diqqətə çatdıraraq bildirib ki, həmin yerlərdə hökumət sosial yünümlü qərarlar verir. Yəni o torpağın təyinatının dəyişdirilməsilə vətəndaşlar çıxarışla təmin olunur. Yüksək gərginlikli, yaxud neftlə çirklənən, radioaktiv fon çox yüksək olan ərazilərdə yaşamaq isə insanın özünə olduqca zərərlidir. Neft buruqlarına çox yaxın məsafədə yerləşən, hasilat işləri aparılan yerlərdə yaşayan vətəndaşlar isə köçülürüləcək. Ekspert düşünür ki, vətəndaşlar belə ərazilərdə sənədsiz yaşasalar da, xərc çəkib, torpaq alıb, ev tikdiriblər. Bu evlər onların mülkiyyəti sayılır. Məhz buna görə də köçürülmə zamanı onlara mütləq konpensasiya ödənilməlidir. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments