Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ноги зеркало печени - 9 признаков взаимосвязи в хорошем качестве

Ноги зеркало печени - 9 признаков взаимосвязи 2 недели назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ноги зеркало печени - 9 признаков взаимосвязи

#BirBax #xalqtəbabəti #qaraciyer #qaraciyər #sağlamlıq #xalqtəbabəti Ayaqlarınızdakı bu 9 əlamət qaraciyərinizin xəstə olduğu haqda sizə məlumat verir. Bəli, Qaraciyər xəstəlikləri təhlükəlidir. Hər il dünyada 2 mln insan sirroz və qaraciyər xərçəngindən ölür. Qaraciyər xəstəlikləri, əvvəlcə, gizli irəliləyir. Bu orqan heç vaxt ağrı və narahatlıq vermir. Ta ki vəziyyət ağırlaşana kimi. Bu gün Qaraciyərdə problem olduğunu göstərən ayaqlardakı 9 əlamətdən danışacam. Siz də elə indi, bu videonu yaxınlarınıza göndərərək, onları bu xəstəlikdən qoruya bilərsiz. Budur, qaraciyərimizi tanımağa səbəb olan ayaq əlamətləri: 1. Qırmızı-qəhvəyi ləkələr. Bu ləkələrə dizdən aşağıda rast gəlinir. Adətən, onlar xırda, müxtəlif ölçülü, səpkiyə bənzər olurlar. Onların peyda olması qan dövranının pozulmasından, damarların vəziyyətinin pisləşməsindən xəbər verir. Bu cür ləkələr qaraciyər çatışmazlığında meydana gəlir. Çünki bu zaman arterial təzyiq aşağı düşür və damarlar genişlənir. Məsələn, hepatit varsa, yoluxmadan həmən sonra, yaxud xəstəlik xroniki formaya keçdikdə bu ləkələr peyda olur. 2. Damar düyünləri və varikoz. Bunlar dəri səthinə yaxın yerləşən genişlənmiş damarlardır. Kənardan onlar hörümçək toruna bənzəyir. Qaraciyəri xəstə olan insanların ayaqlarında bir neçə düyün paralel olaraq əmələ gəlir. Bəzən isə qaraciyərdəki xəstəliyin xəbərçisi varikoz olur. Damar düyünləri qanda estrogenin miqdarının artmasının həmən ardından meydana çıxır. Estrogen damarları genişləndirir. Hormon hamiləlikdə və ya qaraciyərin xroniki xəstəlikləri zamanı çoxalır. Düyünlər, əksərən, fibroz, sirroz və alkoqol hepatiti haqqında "danışır". Damar düyünlərinin sürətlə çoxalması o deməkdir ki, qaraciyər xəstədir. 3. Daban çatları. Dəri sağlamlığı üçün A və E vitaminləri vacibdir. Amma bu vitaminlərin orqanizm tərəfindən mənimsənilməsində qaraciyərin ferment ifrazının normallığı gərəklidir. Sağlam qaraciyər A və E vitaminlərinin onikibarmaq bağırsaqda lazımi şəkildə mənimsənilməsinin təminatıdır. Çatlamış dabanlar öd suyu ifrazına mane olan xroniki qaraciyər xəstəliklərinə işarə ola bilər. Həmçinin, öd daşının, öd kanalının tutulmasının da carçısı sayılır. Qısası, daban çatı orqanizmdə öd suyu qıtlığından "danışır". Problemi gözardı etsəniz, zamanla öd kisəsi iltihabına, qaraciyər çatışmazlığına və sirroza gətirib çıxara bilər. 4. Dabanlarda qaşınma. Əksər hallarda, xroniki qaraciyər xəstəlikləri olan insanlarda müşahidə edilir. Xüsusilə, öd kanalının fəaliyyətinin pozulmasının əlamətidir. Sirrozun ilkin mərhələsində olan insanların 70%-ində dabanda qaşınma yaranır. Səbəb öd duzlarının dərinin altında yığılması və histamin səviyyəsinin yüksəlməsidir. Maraqlı fakt: Qaraciyər dəqiqədə 1.4 litr qan filtrləyir. 5. Ayaqların xoşagəlməz qoxusu. Dəri orqanizmi zədələnmələrdən qorumaqla yanaşı, tər vəziləri vasitəsilə toksinləri atmağa da məsuldur. Böyrəklər yaxşı işləmirsə, orqanizm vəziyyəti düzəltməyə cəhd edir-toksinləri dəri ilə çıxarmağa çalışır. Tərin xoşagəlməz qoxusunun səbəbi budur. Xoşagəlməz iylər, ilk olaraq, ayaqlarda peyda olur. Sual verə bilərsiniz ki, "bunun qaraciyərlə nə əlaqəsi var?" Orqanlarımız bir-birilə qarşılıqlı əlaqədədir. Qaraciyər xəstələnirsə, qısa zamanda, böyrəklərin işində də problem baş qaldırır. Qaraciyər xəstəlikləri orqanizmdə toksinlərin yığılmasına səbəb olur. Nəticədə, qan dövranı pozulur. Qeyri-düzgün qan dövranı böyrəklərə, eləcə də, digər orqanlara mənfi təsir göstərir. Maraqlı fakt: Qaraciyər köçürülməsi dünya üzrə orqan köçürülmə siyahısında 2-ci yerdədir. Ancaq tələb təklifdən dəfələrlə çoxdur. Qaraciyərə ehtiyacı olanların yalnız 10%-i arzusuna çatır. 6. Ayaqlarda şişkinlik. Maye yığılması qaraciyər xəstəliklərinin əlaməti ola bilir. Ayaqlardakı şişkinlik portal hipertenziyanın gec gələn xəbərçisidir. Həmçinin, albumin səviyyəsinin azalmasını bildirir. Adətən, axşam meydana çıxan ayaq şişməsi fiziki yükün və ya sirrozun nəticəsidir. Sirroz zamanı qaraciyərdə qan dövranı zəifləyir, ardınca təzyiq yüksəlir. Bu da mayenin ayaqlarda və qarın boşluğunda yığılmasına gətirib çıxarır. Bilməlisiniz ki, böyrək problemləri də ayaqlardakı şişkinliklə özünü biruzə verə bilir. Maraqlı fakt: Qaraciyər yeganə orqandır ki, özündə qlükoza saxlamaq qabiliyyətinə malikdir. Beynimiz enerjini yalnız qlükozadan aldığına görə, qaraciyər beyinin "qida saxlancı"dır. 7. Ayaqlarda ağrılar. Qaraciyər xəstəlikləri, əksərən, ayaqlardakı sinir uclarının qeyri-iltihabi zədələnməsinə səbəb olur. Qaraciyər patologiyalarında ayaqlarda sancmalar və ya izaholunmaz ağrılar hiss edilə bilər. Praktiki olaraq, bütün qaraciyər patologiyalarında ayaqlarda ağrı və şişkinlik müşahidə edilir.

Comments