Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 15 sentyabr Bilik Günü tədbiri в хорошем качестве

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 15 sentyabr Bilik Günü tədbiri 5 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə 15 sentyabr Bilik Günü tədbiri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmışdır. Elə həmin ildən də 15 sentyabr Bilik Günü - Azərbaycan məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir. Ulu öndər Heydər Əliyev demişdir:“Təhsil millətin gələcəyidir”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bilik günü münasibətilə Yasamal rayonunun bütün tədris müəssisələrində müəllimləri və şagirdləri, xüsusən də bu il birinci sinfə getməyin həyəcan və sevincini yaşayan balaca fidanları təbrik etmək üçün minlərlə insan toplaşmışdı. “Bilik günü” Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 20 nömrəli məktəb-liseydə birinciləri təbrik etmək üçün tədbirdə çıxış etdi. Bildirdi ki, Respublikamızın bütün bölgələrində olduğu kimi Yasamal rayonunda da məktəb infrastrukturunun yenidən qurulması proqramı uğurla həyata keçirilir. Ölkəmizdə təhsil sisteminin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Ölkə Başçısının sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları çərçivəsində rayonumuzun tam orta məktəblərinin yenidən qurulması və əsaslı təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, xüsusilə şagirdlərdə kompüter biliklərinin yaradılması sayəsində rayonumuzun təhsil müəssisələri bir sıra nailiyyətlər qazanmışlar. Ötən 2017-2018 – ci tədris ilinin yekunlarına əsasən Yasamal rayonu üzrə ali məktəblərə qəbulun nəticələri 79%-ə yüksəlmişdir,21məzun qızıl, 1 nəfər isə gümüş medala layiq görülmüşdür. Bu nailiyyətlərin əldə olunmasında ən müqəddəs peşə sahibləri olan müəllimlərin xüsusi rolu, danılmaz xidmətləri vardır. Qeyd etdi ki, yaxşı oxumaqla Azərbaycan gəncləri öz istək və arzularına nail ola bilər. Bu gün Azərbaycanda azadlıq, sərbəstlik, bazar iqtisadiyyatı prinsipləri hökm sürür və hər bir insanın taleyi onun öz əlindədir. Ona görə də yaxşı bilik almaq ilk növbədə gənclər üçün, eyni zamanda, xalq üçün, dövlət üçün zəruridir. Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəkdir. Gələcəkdə ölkəmizin inkişafı gənclərdən asılı olacaqdır. Ona görə ilk növbədə bilik, lakin bununla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi, dövlətçiliyimizə sədaqət mütləq yüksək səviyyədə olmalıdır. Təhsil müəssisələrində vətənpərvərlik mövzusu daim gündəlikdə olacaqdır. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq – bütün bu keyfiyyətlər ölkəmizi daha yüksək inkişafa doğru aparacaqdır. Təhsil sisteminin inkişaf edəcəyinə və uşaqlarımızın faydalı bilik və bacarıqlara yiyələnəcəklərinə əminik.

Comments