Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Türkiyədə attestatla təhsil; valideynlər etiraz edir в хорошем качестве

Türkiyədə attestatla təhsil; valideynlər etiraz edir 5 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Türkiyədə attestatla təhsil; valideynlər etiraz edir

“499 manata Türkiyədə təhsil”, “Türkiyədə attestatla təhsil” Kənardan cəlbedici görünən bu elanlar 50-yə yaxın tələbənin təhsil arzusunu ürəyində qoyub. Türkiyədə təhsil almaq üçün “Elit Academy” şirkətilə müqavilə bağlayan tələbələrin valideynləri pullarını geri tələb edir. Onlar müqavilənin şərtlərində göstərilən universitetlərə qəbul ala bilmədiklərini deyirlər. “Birinci dəfədir ora gedirdim. Mən nə tanıyıram Çankırı haradır? Heç vaxt Türkiyədə olmamışdım. Uşaqla birlikdə özüm getdim. Gördüm ki, bunlar məndən çox pul istəyir. 250 manat avtobus pulu alıblar insanlardan. Mənim getməyim 50 dollara başa gəldi. Universiteti özüm gedib tapdım. Oğlumun adını soruşanda dedilər “sizin oğlunuzun adı burada yoxdur, sizi aldadıblar”. Mən qayıtmışam, amma indi pulsuz-parasız qalmışam. Amma mən oğlumu düzəltdim. Özüm şəxsən rektorluğun vasitəsilə oğlumu universitetə düzəltdim. Bunların heç bir köməyi olmadı mənə”. “Əlimlə şirkətə 1400 manat pul ödəmişəm. Gördüm alınmayacaq, dedim, istəmirəm 1400 manatımı geri qaytar, oğlumu hərbi xidmətə göndərəcəm. Mənə vəd olunan o idi ki, sənin uşağın yüz faiz Uşak Universitetinə qəbul olacaq. Uşaq da getdi həmin universitetə, ancaq bir xəbər çıxmadı. Zonquldaka yazıldı, o da alınmadı. Avqust ayından bizi aldadırlar, mən də gəlib öz pulumu tələb edirəm. Oğlum da Türkiyədə otellərdə gözləyir”. Şirkətin təkidi ilə Türkiyədə universitetə qeydiyyatdan keçmək üçün gedən tələbələr 20 gündən çox orada qalıb, cavab gözləyiblər. Bütün xərclərini özləri qarşıladıqlarını deyən valideynlər indi maddi və mənəvi təzminat tələb edirlər. “Bu gün mən o uşağın üzünə baxa bilmirəm. Nə deməlidir mənə? Halbuki mənim qızım burada Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdu. Deyir, ay ata, mən qəbul olmuşdum də, sən məni göndərdin ki, gəl burada yaxşı Avropa təhsili al. Amma indi də oxutdura bilmədin. Ortalıqda çəkdiyimiz xərc də 2000 manatdır. Bunu kimdən alacağıq, bilmirəm. Rüstəm oradan bizə ultimatum göndərir, bizi təhqir edir ki, siz kimsiziniz ki, məndən pul istəyirsiniz? Halbuki bizim pulumuzla Özbəkistanda oturub kef edir”. Özünü “Elit Academy”nin 5 ölkədəki rəhbəri kimi təqdim edən, hazırda Özbəkistandakı ofisdə olan Rüstəm Kərimzadə bildirib ki, onların yeganə problemi Çanakkale Universiteti ilə yaranıb. 16 tələbə yolda olarkən universitet imtina etdiyini bildirib. Digər tələbələrsə ayrı-ayrı universitetlərə yerləşdiriliblər. Təhsil üzrə ekspert Kamran Əsədovsa deyir ki, qanunvericiliyin tələblərinə görə, şirkət tələbələrə dəymiş bütün zərəri ödəməlidir. O, həmçinin bu problemin genişmiqyaslı olduğunu söyləyir. Onun sözlərinə görə, xaricdə təhsil adı altında fəaliyyət göstərən şirkətlərin lisenziyası yoxdur. Bu səbəbdən də il ərzində 1000-dən çox valideynin aldadılır. Şirkət sahiblərindən cinayət məsuliyyətinə cəlb olunanlar da var. “Bunlarınkı əməlli-başlı qurğudur. Oturaq burada, pul yığaq, camaatı aldadaq. Biz burada kef edək, adamları da küçələrdə qoyaq. Bu, insanlığa sığmır”. Valideynlər şikayətlərilə bağlı Nəsimi Rayon Polis İdarəsinə də müraciət ediblər. Çəkilişdən sonra onlar Baş Prokurorluğa, Prezident Administrasiyasında da üz tutublar. Kanala abunə ol - https://goo.gl/TcM9Fm WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter:   / meydantv   Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram:   / meydantv   __ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - whatsapp : +49 176 16263646

Comments