Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ümidsizlik xəstəliyi və onun əlacı - Hacı Şahin - Ümidsizlik böyük bəladır в хорошем качестве

Ümidsizlik xəstəliyi və onun əlacı - Hacı Şahin - Ümidsizlik böyük bəladır 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ümidsizlik xəstəliyi və onun əlacı - Hacı Şahin - Ümidsizlik böyük bəladır

Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - https://bit.ly/2uR7dZv Ümidsizliyin müalicəsi ilə bağlı bir mübarək hədisə nəzər yetirək: "Ağlayan bir cavan Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrət (s) buyurur: "Niyə ağlayırsan?” Cavan dedi: "Necə ağlamayım ki, böyük günahlar işləmişəm. Allah onları bağışlamaz. Mən də odda yanacağam”. Həzrət (s) buyurur: "Müşrik olmusan. Sənin günahın nə qədər böyük olarsa- olsun, Allah bağışlayar”. Cavan yenə də deyir: "Mənim günahım dağdan, yerdən, səmadan və ulduzlardan da böyükdür”. Həzrət (s) buyurur: "Günahların böyükdür, yoxsa Allah?” Cavan cavab verir: "Allah Təala”. Həzrət (s) buyurur: "Günahların nə qədər böyük olursa-olsun Allah bağışlayar”. Bizim diqqət etməli olduğumuz mühüm məsələ odur ki, insan heç bir zaman Allahın rəhmətindən ümidsiz olmamalıdır. Ona görə də Allah, Onun rəhmətinə şübhə ilə yanaşmağı böyük günah adlandırmışdır. Belə ki, Quranda buyurur: "Allahın rəhmətindən naümid olmayın! Ona görə ki, kafir qövmdən başqa heç kəs Allahın rəhmətindən ümidini üzməz”. ("Yusuf”, 87). "Ancaq tövbə edib, iman gətirən və saleh əməllər edənlər müstəsnadır, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhim edəndir” ("Furqan”, 70). Görəsən təkcə günahları bağışlayan deyil, həm də pis əməlləri yaxşı əməllərə çevirən Allahın rəhmətinə şübhə etmək olarmı? Agah olaq ki, şeytan naümidlik yolundan qəlblərimizə daxil olar. Bizi bu yolla azdırmaz istəyər. Ona görə də hər bir günaha görə tövbə etmək mümkündür. Allah tövbələri qəbul edəndir. Bu yolda gərək şeytanın tələsinin əsiri olmayasan. Allah özü vədə vermişdir ki, tövbə edənlərin günahını bağışlayacaqdır. "Ey iman gətirənlər! Allaha düzgün tövbə edin! Ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi altından arxlar axan cənnətlərə daxil etsin. O gün Allah, Öz Peyğəmbərini, onunla birlikdə iman gətirənləri utandırmaz. Onların nuru qabaqlarında və sağ tərəflərində parlar. Onlar deyərlər: "Pərvərdiagara! Bizim nurumuzu kamil et və bizi bağışla! Sən doğrudan da hər şeyə qadirsən””. ("Təhrim” surəsi, 8). "De: "Ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Həqiqətən, Allah bütün günahları bağışlayar. O, çox bağışlayandır, mehribandır”. ("Zumər”, 53). Bu gündən sonra ümidsizliyi və qəmi yaddan çıxaraq. Hər bir halda Allahdan kömək istəyək. Belə ki, Allah buyurur: "Onlar iman gətirən və qəlbləri Allahın zikri ilə aram olan kimsələrdirlər. Agah olun! Allahın zikri ilə qəlblər aram tapar”. ("Rəd”, 28). Abunə ol https://bit.ly/2uR7dZv Kanala ABUNƏ ol: http://bit.ly/HaciShahin Rəsmi Veb-səhifəsi: http://www.hacishahin.az/ Rəsmi Facebook səhifəsi:   / hacishahinha.  . Mənbə: YouTube Hacı Şahin Həsənli Abunə ol - https://bit.ly/2LnaLx0 Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm. ✆Whatsapp +994-070-878-72-62 ISLAM TV Official Abunə ol https://bit.ly/2uR7dZv

Comments