Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova) в хорошем качестве

Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova) 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Səməd Vurğun “Şair, nə tez qocaldın sən” (Aləmzər Hüseynova)

Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal... O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən! Ovçuluğa meyil saldım, Gecə-gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə-süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən? Bəzən uca, bəzən asta, Ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən! Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm... Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən: - Şair, nə tez qocaldın sən! Səməd Vurğun Musiqi: Piano by VN

Comments