Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Nişanlısı başqa oğlanı sevdi, arvadı Hepatit C-yə yoluxdu в хорошем качестве

Nişanlısı başqa oğlanı sevdi, arvadı Hepatit C-yə yoluxdu 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Nişanlısı başqa oğlanı sevdi, arvadı Hepatit C-yə yoluxdu

Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdığından küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub, xörək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına və Xalq artisti adına layiq görülür. Arif Quliyev teatrda işlədiyi dönəmlərdə "Təzə gəlin", "Gözün aydın", "Qaynana", "Hicran", "Durnalar qayıdanda", "Məhəbbət, şeytan və ağ ölüm" tamaşalarda maraqlı rollar yaradıb. Onun yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Arif Quliyev uşaq evində böyüyüb. Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır. Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim" bədii filmlərdəki obrazları da yaddaqalandır. Yenidən qayıdaq Arifli günlərə... Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Bu barədə o, mətbuata verdiyi açıqlamasında deyir: “Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı. Cavan olduğuna görə hamımız ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq. Onun yoxluğu ilə barışmaq dözülməzdir”. Arif Quliyevin xəstəxanada boğula-boğula çapalaması məşhur bir aktyorun, Xalq artistinin xəstəxanada virusdan əziyyət çəkməsi kimi yox, bir yetimin ağrı içində qovrulması kimi göründü. Və nəhayət, 6 may, 2021-ci il... Yox, Onun ölümü haqqında, nə isə deyə bilməyəcəm... Gözünü açandan atasını-anasını gəzdi... Bir baxdı övladları var, bir baxdı ki, biri var, biri yox... Bir baxdı yeganə övladı şikəst... Tale daim gülən başqa bir adamla bu qədər amansız davrana bilməzdi, Ariflə davrandı. O, hər nə qədər uğur qazansa da, bir ölkədə böyükdən-kiçiyə hər kəsin tanıdığı şəxsə çevrilsə də, daim nakam qaldı. Uşaqlıq travmasının təqibi ilə o qara, çətin günlərdən uzaq olmağa çalışır, üzünə sardığı o gülüş pərdəsi ilə əsl həqiqətlərini gizləməyə çalışırdı. Arif Quliyevin 47 illik sənət həyatına baxanda onun yetərincə qiymətləndirilmiş aktyor olduğunu görərik. Ancaq oynadığı rollar daim epizodik... Epizodik rolları küçümsəmirəm, ömrünü bu tip rollara həsr edib şedevrlər yaradan onlarla aktyor saya bilərik. Ancaq Arifin rollarına baxanda, biz onun nə vaxtsa tam özünü ortaya qoyacağına, nəhayət bir gün ona daim narahatlıq gətirən potensialından birdəfəlik xilas olacağına inanırdıq. Ancaq Arif o rolunu tapmadı! “Bəyin oğurlanması” filmində Vaqif Mustafayevin ona biçdiyi Miriş obrazı kino tarixində yapışa biləcəyi ən möhkəm dayaq oldu. Bu obraz sanki Arifin taleyinə çevrildi. O, Azərbaycan kino sənətinə də elə Miriş kimi qaça-qaça gəldi, qaça-qaça da gedir... Hara qaçdığını, niyə qaçdığını kimsə bilmir. Təngnəfəs oturub düşünsə, özü də hara qaçdığını bilməyəcək. Miriş kimi nə vaxt böyüdüyünü də heç kəs hiss etmədi, sanki elə qaça-qaça, təngnəfəs gəlib ölüm yatağına girdi, bir də gördük, mənasız bir xəstəxana otağında bir nəfəslik hava gəzir... O, öz rejissorunu gözləyə-gözləyə qocaldı və öldü. Qocaman aktyorun ölüm yatağındakı çırpıntılarına baxanda adamın içindən “alınmadı” deyib hönkürmək keçir. Alınmadı... Ancaq gözlərindəki ümid gör səni haralara gətirmişdi....

Comments