Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qaradolaq cinsinin yurdunda в хорошем качестве

Qaradolaq cinsinin yurdunda 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qaradolaq cinsinin yurdunda

#qaradolaq#qoyuncinsi#tatalilar __________________________________ Bu cins ölkəmizin ən məhsuldar, ən gəlirli qoyun cinsidir. Qaradolaq qoyunu XIX əsr – XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişliliyindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.“Qaradolaq” qoyunlarının bir üstün cəhəti də kökəlməyə meyilli olmasıdır. Belə ki, iki yaşlı erkək qoyun kökəlmə dövründə 100-110 kiloqram ət verə bilir. Bu cins qoyunlar adətən çöldə deyil, qapalı, tövlə şəraitində saxlanılmalıdır.Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur. Rəngi bozumtul-ağ olan “Qaradolaq” qoyunlarının qulaqları çox qısadır. Qoçları buynuzsuzdur. “Qaradolaq” qoyunlarının əsas xüsusiyyətlərindən biri də çox bala verməsi, əkiz doğmaya tez-tez təsadüf olunmasıdır. Hər 100 baş doğar qoyundan orta hesabla 115-120 baş quzu alınır. Yaxşı bəslənildikdə 100 qoyundan 150 bala da almaq olur. _______________________________________________________________________________________ #qoyuncinsleri#koyun#koyunırklari#qarabagi#qoyunculuq#tərəkəmə#овец#овцеводство#çoban#породыовец#овцеводческаяферма

Comments