Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Nadir Şah kimdir: Qüdrətli sərkərdə, yoxsa zalım hökmdar?! в хорошем качестве

Nadir Şah kimdir: Qüdrətli sərkərdə, yoxsa zalım hökmdar?! 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Nadir Şah kimdir: Qüdrətli sərkərdə, yoxsa zalım hökmdar?!

"Gizli tarix" kanalına abunə olaraq yeni videoları izləyə bilərsiz Abunə olun https://bit.ly/3IWfX5R Bu gün sizə Azərbaycan-türk hökmdarı Nadir şah Əfşar haqqında danışmaq istəyirik, amma rəqəm və hadisələrlə başınızı yormadan. Onun adını çəkəndə sovet dövründən qalma bir vahimə bürüyür çox insanın canını: qəddar, oğlunun gözünü çıxaran, qanlar tökən hökmdar. Bu qədərmi? Bəs onun xidmətləri? Təbii ki, torpaqlarını genişləndirmək istəyən hökmdar rəhimli ola bilməz. Nadir şah Əfşar da elə. Avropa tarixçiləri tərəfindən Şərqin Napoleonu adlandırılan bu böyük türk imperatoru hər bir halda - bütün müsbət və mənfi xüsusiyyətləri ilə birgə bir qəhrəmandır. Bəs niyə onun qəhrəmanlığından daha çox zalımlığından bəhs edilib? Sovetlər vaxtında uzun müddət milli qəhrəmanların, sərkərdələrin deyil, qaçaq-quldurun tarixlərini öyrədiblər. Məsələn, “Bizim xalq Həcər övladıdır, Nigar övladıdır, Koroğlu övladıdır” və s. Amma heç zaman inkan verməyiblər deyək ki, biz Türk övladıyıq, Türk şahları bizim babalarımız olub və qonşu dövlətlər vaxtilə bizim uzunmüddətli hakimiyyətimizdə olub. Əl-qərəz, hökmdarlarımız haqqında bizdə daha çox mənfi rəy yaradılıb. Tarix əsasən 2 yerə bölünür: bir xalqların tarixi, bir də hökmdarları tarixi. Əslində xalqların tarixi zamanın axınına o qədər də təsir göstərmir. Amma hökmdarların, şahların bir sözü, fərmanı, hərəkəti ilə tarix də dəyişir, xalqın taleyi də, mədəniyyəti də, ərazilər də. Bax, belə hökmdarlardan biri Oğuz tayfalarından biri olan Əfşarlara, onların Qırxlı qəbiləsinə mənsub Nadir şahdır. Nadir savadsız və təhsili olmayan bir oğlan idi. 14 yaşına qədər anası və qardaşı ilə birgə yaşadığı Xorasanda çobanlıq etmiş, qoyun-quzu otarmışdı. Onun əcdadları hələ Şah İsmayıl Xətai zamanında – 16-cı əsrin əvvəllərində Azərbaycandan Xorasana köçürülmüşdü. Baxmayaraq ki, Xorasan İranın fars vilayəti idi, bu adam fars dilini pis danışır, ərəb dilini isə heç bilmirdi. Azərbaycan türkcəsinin sadə tərəkəmə ləhcəsində, bəzək-düzəksiz danışırdı. Osmanlı sultanı 1-ci Murada (I Murad, hak. 1730-1754) da məktubu türkcə göndərirdi. Milli duyğusu olan bir hökmdar kimi Nadir şah məktublarında Osmanlı və Azərbaycan-İran türklərini bir-birinə doğma hesab edirdi. Nadir şah uşaqlığından ölənəcən çox mürəkkəb dövrdə yaşamışdı. Bu, Səfəvilər dövlətinin tənəzzülə getməsi ilə bağlı idi. Bir tərəfdən I Pyotr Həmədana qədər gəlib çıxmışdı, bir tərəfdən İran və Ərəbistan yarımadası arasında yerləşən, Hind okeanına qədər yol alan Hörmüz boğazı, yəni Kəngər körfəzini (Türkiyədə Bəsrə körfəzi deyilir) portuqaliyalılar tutmuşdu, ölkənin o zamankı paytaxtı İsfahanı əfqanlar işğal etmişdi, Osmanlılar da Təbrizi almışdı. Qalmışdı köhnə paytaxt Qəzvin və bir neçə şəhər. II Təhmasibin adı şah qalmışdı, özü faktiki olaraq şah kimi heç bir qərar verə bilmir, ölkəni bu bəlalardan çıxara bilmirdi. Bura qədərki qabiliyyətlərinə görə baş sərkərdə seçilən Nadir qanla gedən torpaqları qanla almaq qərarına gəlir. Heç bir danışığa zaman sərf etmədən qısa müddətdə Kəngər körfəzinin bütün sahillərini avropalılardan - portuqaliyalılardan alır, rəqibləri Bağdada qədər gedib sıxışdırır, Kərkükü, Süleynmaniyyəni qaytarır, bir güllə atmadan rusları Dərbənddən 200 km. o yana çıxarır. Əfqanları darmadağın edib paytaxt və onun ətrafından qovur, Cənub Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlılardan azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalır. Bütün bu ərazilər çox az müddətdə - cəmi 9 il ərzində baş verir. Çox qısa zamanda tam fərqli istiqamətlərdə olan bu qədər torpaqları azad etmək Nadir şahın fenomenliyi - dahi sərkərdəliyi, fitri istedadı, diplomatiyası sayəsində idi. 200 il ərzində Səfəvi şahlarının görə bilmədiyi işi, yəni Şah İsmayılın rəhbərliyi ilə Qızılbaşların yaratdığı böyük bir ərazinin parçalarını bir araya gətirdi, bərpa etdi, təzədən birləşdirdi. Beləliklə, Nadir şah baş sərkərdə olmaqla bir çox idarəetmə onun əlində idi və da şahı hakimiyyətdən uzaqlaşdırıb əvvəlcə kiçik yaşlı son Səfəvi şahı III Abbasın hamisi olur, daha sonra isə 1736-cı eldə Muğanda qurultay keçirir və guya təkidlə şah elan edilir, tacqoyma mərasimi olur. Niyə guya? Bu qurultayda Nadir şah hakimiyyətdən o qədər imtina edən təsiri bağışlayır ki, bəziləri həqiqətən onun şah olmasına etiraz edirlər, amma sonradan bu etiraz edənlər bir-bir yoxa çıxarılır. Qurultaya gələnlər və səs verənlərə isə erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır. Bu və bu kimi hakimiyyət çevrilişlərinin bizim kimi sadə insanlar üçün qəribəliyi olsa da, tarix üçün canlı şahmat oyunundan başqa bir şey deyil. Amma, gəlin görək, Nadir şahı hakimiyyətə yalnız özünü layiq bilməsinə hansı səbəblər var idi və ya olacaqdı? Yəni, əziz dinləyicilər, Nadir şahın xidmətləri nələr idi?.. Mətni hazırladılar: Sevda Mirzə və Sina Avşar. Mənbə: https://www.trt.net.tr/azerbaycan/pro...

Comments