Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xaş - qışın ən dadlı yeməklərindən biridir в хорошем качестве

Xaş - qışın ən dadlı yeməklərindən biridir 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xaş - qışın ən dadlı yeməklərindən biridir

Xaş - qışın ən dadlı yeməklərindən biridir Azərbaycanın mədəniyyəti qədər mətbəxi də zəngindir. Milli yeməklərimizin sırasında elə bir təam var ki,soyuq havalarda onu daha çox arzulayırıq. Söhbət Qafqaz kişilərinin ən çox sevilən yeməyi olan xaşdan gedir. Səhər tezdən xüsusilə qış fəslində yeyilən bu təamın hazırlanması böyük əziyyət və səbr tələb edir. Soyuq, qarlı havaların ən dadlı yeməklərindən biri də xaşdır. Bu yeməyi bəzi insanlar daha çox sevir, bəziləri isə heç ümumiyyətlə yemir. Bir sözlə xanımların az, kişilərin çox istədiyi yeməklərdən sayılır xaş yeməyi. Onu digər xörəklərdən fərqləndirən başlıca cəhət isə hazırlanmasında mal ayağından istifadə edilməsidir.Usta aşpaz deyir ki, xaşın dadlı alınması üçün bu qaydalara diqqət etmək lazımdır. Bu yeməyin hazırlanması çox uzun çəkən və xüsusi ustalıq tələb edən çətin prosesdir. Aşpazın sözlərinə görə xaş nə qədər çox qaynadılsa, bir o qədər dadlı alınır. 8 saatdan çox qaynamasını gözlədikdən sonra artıq bu ləziz yeməyin dadına baxa bilərsiz. Zövqə görə onu sirkəli sarımsaq əzməsi, nar şərabı, turşu, abqora və ya göyərti ilə süfrəyə təqdim edirlər. Həkimlər bildirir ki, ağır həzm olunan bu yemək düzgün qəbul edilmədikdə insan səhhətində problemlər yarada bilər. Xaş adətən ona görə səhər tezdən yeyilir ki, bütün gün ərzində həzm olunsun. Məhz bu baxımdan güclü kalorili yeməyi qəbul edənlərə aktiv həyat tərzi keçirmək məsləhət görülür. Ümumilikdə götürsək, tibbi cəhətdən xaş çox faydalı yemək sayılır. Odur ki, soyuq günlərdə sağlamlığınızı qorumaq istəyirsizsə, xaş sizin üçün əvəzolunmaz vasitədir.

Comments