Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Əsirlikdən qaçan Fərhad Fərhadovun qan donduran hekayəsi в хорошем качестве

Əsirlikdən qaçan Fərhad Fərhadovun qan donduran hekayəsi 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əsirlikdən qaçan Fərhad Fərhadovun qan donduran hekayəsi

#apatv #əsir #əsirlik #fərhadfərhadov #əsirlikdənqaçanfərhaddayı #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку “Ömrümün 606 günü cəhənnəmin ortasında keçib. Bu günləri həyatımdan birdəfəlik silmək istərdim. Amma mümkün deyil, çünki, mən diri ikən bu dünyada cəhənnəmi yaşamışam”. 1 il 9 ay erməni əsirliyində qalan snayper Fərhad Fərhadovla müsahibəyə gedərkən söhbətimizin olduqca dramatik keçəcəyini bilirdim. Çünki, erməni vəhşilərinin əlində qalıb özü demiş 606 gün cəhənnəm həyatı yaşayan bir insandan başına gələnləri nəql etməsini istəmək heç də asan deyil. APA TV xəbər verir ki, Fərhad Fərhadov 1960-cı il Cəlilabad rayonun Günəşli kəndində anadan olub. 1991-ci ilin noyabrında Milli Ordumuzun ilk əsgərlərindən biri kimi hərbi xidmətə başlayan zaman 31 yaşı vardı. Kərkicahan istiqamətində gedən döyüşlər əsgər Fərhadovun ömrünün sonuna kimi unuda bilməyəcəyi döyüş olur: “Həmin vaxt biz erməniləri geri çəkilməyə məcbur etmişdik. Biz mövqeyimizi bərkitdik amma bir neçə saat sonra ermənilər hücuma keçdi. Döyüşün ən qızğın vaxtında bizim sursatımız bitdi. Mən güllə dalınca gedəndə baxdım ki, ermənilər bizi arxadan da mühasirəyə alıb. Geri qayıdıb uşaqlara dedim ki, mühasirəyə düşmüşük. Qərara gəldik ki, özümüzü güllələyək”. Özlərini güllələməyə macal tapmamış dekabr ayının soyuq qış günlərində əsir düşən Fərhad dayı deyir ki, əsir düşən zaman təkcə ermənilər tərəfindən deyil əsasən rus zabitləri tərəfindən ağır işgəncələrə məruz qalıblar. 366-cı alayın zabiti əvvəlcə əsirləri söyməyə, sonra döyməyə başlayıb. Özü də bədənin ən zəif yerlərindən xüsusi dəmir parçaları ilə: “Bizi “dubinka” ilə döyəndə bir növ sevinirdik. Çünki, hava olduqca soyuq idi və bizə hər dəfə “dubinka” vuranda donmuş bədənimiz açılırdı. Amma armatur və ya başqa dəmir parçası ilə döyüləndə ağrıdan adamın ağlı başından çıxırdı. Bizi Xankəndində həbsxanaya atdılar. Orada dəmir çarpayının üstünə list dəmir qoymuşdular. Onun üzərində yatmaq mümkün deyildi. Ona görə, hərbi formamın – “buşlat”ımın ortasını cırmışdım, onun içinə girib yerdə yatırdım”. Əsirləri hərdən elə döyürdülər ki, yerdən qalxa bilmirdik deyir müsahibimiz. Hətta elə günlər olurdu ki, sayını belə itirirdik. Beləcə əzablı günlər bir-birini əvəz edir, təcridxanadakı 31 gün azərbaycanlı əsirlərə aylar illər kimi görünür. Bu günlər ərzində gündə 1 parça qənd, “perlovka” və ya adi su verirlər. Onu da gündə cəmi bir dəfə. Fərhad dayı deyir ki, əsirlikdə olduğu zamanlarda dəfələrlə erməni ailələrinə pul müqabilində satılıb. Burada o ən ağır işlərdə işlədilib. Bəzən yaşamaqdan belə bezdiyini düşünsə də, onu həyata bağlayan “bir gün əsirlikdən qaça biləcəyi” ümidi olub. Bu ümidlə gecə-gündüz yollar axtarıb. İki dəfə qaçmağa cəhd etsə də sonunda uğursuz alınıb. Atalar üçdən deyib bir daha cəhd edib: “Qaldığımız otaq “reşotka”yla çərçivəyə alınmışdı. Gecələr qapını qıfıllayırdılar. Evdə mənlə yanaşı 3 girov da vardı. Laçından olan mülki şəxslər idilər. Bir dəfə uşaqlara dedim ki, bizim çıxış yolumuz bunların başı qonaqlara qarışan vaxtı olacaq. O zaman qaçarıq. Biz fürsət düşən kimi iki qrupa bölünüb qaçdıq. Vədələşdiyimiz yerə çatanda bir birimizi tapdıq. Üzü Güləbird istiqamətində yol aldıq. Təəssüf ki, ermənilər 22 yaşlı oğlanla 13-14 yaşlı yeniyetməni qaçışımızın 7-ci günündə tutdular. Qamışlıqların içi ilə gəlsək də, ikisi də təklif etdi ki, asfalt yolla gedək. O daha rahat və yaxındır, biz yorulmuşuq. Elə asfalt yola çıxan kimi erməni əsgəri ilə üz-üzə gəldik”.... ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV

Comments