Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Yer üzündən silinmiş məscidlər – FÜZULİDƏN REPORTAJ в хорошем качестве

Yer üzündən silinmiş məscidlər – FÜZULİDƏN REPORTAJ 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yer üzündən silinmiş məscidlər – FÜZULİDƏN REPORTAJ

#APATV #Füzuli #məscid #mistik #Azərbaycan #əsgər #karvansara #Qaraməmmədbulağı #Merdinli #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Yer üzündən silinmiş məscidlər – FÜZULİDƏN REPORTAJ “Yaşasın Azərbaycan, yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan xalqı” Məni bu sözləri deməyə vadar edən hisslərin nə vaxtsa ürəyimi köksümdən qoparacaq qədər coşacağını düzünə qalsa, ağlıma gətirməzdim. Bəli, vətənpərvərlik duyğum iki il öncənin Vətən müharibəsi zamanı yetərincə qabarmışdı. Ancaq iyunun 20-si, yuxudan oyanar-oyanmaz rəhbərlik tərəfindən Füzuliyə ezam olunduğumu biləndə düşdüyüm durumu izah edə bilməyəcəm. “25 iyun tarixində Füzuliyə müntəzəm avtobus marşrutunun açılması ilə bağlı media-tur təşkil ediləcək”. Mətn bu cümlə ilə başlayırdı. Xəbəri eşidər-eşitməz yuxum qaçdı. Çantamı götürüb hələ beş gün sonranın lazımi vasitələrini yığmağa başladım. Və nəhayət o gün gəlib çatır. Avtobusda hamı yatır, məndən başqa. Özümü cırtdan kimi hiss edirəm. Yerimdən qalxıb var-gəl edir, çatacağımız anı gözləyirəm. Sürücü hərdən yekun ünvanın anonsunu keçir: “Əziz qonaqlar, Füzuli camaatı, gözünüz aydın olsun, Qarabağ torpaqlarına daxil olduq!” Yarım saat sonra avtobusdan düşürük. İbə İbrahim türbəsi deyilən yerdə hər kəs əlinə kamera alıb foto və videolar çəkir. Ardınca yenə yola qoyuluruq. Növbəti dayanacaq Merdinli məscididir. Qarşıda bizi Karvansarayın gözlədiyini deyirlər. Ancaq avtobus meşəlik ərazidə dayanır. Hamı ilə bərabər enirik. Ətrafı bürüyən şırhaşır səsi adamı valeh edir. Uğultuya çevrilən “Qarəmmət” sözünü eşidib adını dəqiqləşdirirəm gəldiyimiz yerin. Qaraməmməd bulağı imiş. Adamlar qaçaraq şüşə və plastik butulkalar gətirib su doldurmağa çalışır. Bəziləri alçayabənzər giləmeyvələrdən dərib qoxlayır, kimlərsə ağlayır, kimlərsə də susub bizə tamaşa edir... Di gəl, erməni “estetikası” yenə tərk etmir bizi. Bulaq başından qalxan kimi yaxınlıqdakı kolluğun ortasında boşluq görürəm. Nədir bu? Üzərlik toplayan insanların arasına qarışıb gözdən itir, avtobusdakı yerimizə keçirik. Buralarda internet güclə tapılır. Göndərdiyimiz materialların çoxu heç gedib ofisə çatmayıb. Biz isə üz tuturuq bayaqdan bəri həsrətini çəkdiyim Qarğabazar karvansarayına... Bu danışan kişi Karvansarayın ögey atası sayıla bilər. Onu inşa etməyib. Ancaq yenidən həyata qaytaranlardan biridir. Elə, bələdçimiz Hafiz İmanov da karvansarayın əngin keçmişi, qədim tarixinə diqqət çəkir Bələdçi məsciddən danışsa da, ətrafda heç nə görünmür. Bir qədər yuxarı qalxıb axtarıram. Lakin qəfildən karvansarayın damını görürəm. Stendapı bitirən kimi üfüqdə qaralan, kəbəyə bənzər dörd divar görürəm. Daha yuxarı dırmaşıram. Buranın adını təkcə sakinlər bilir. Məşhur Hacı Qiyasəddin məscidi... Hüzn qarışıq hüzur hissiylə məsciddən ayrılırıq. Mina xəritəsinə uyğun döşənmiş açıq mavi daşlar bizə bələdçilik edir. Sona yaxınlaşırıq. Növbə gəlib çatır Füzuli şəhər mərkəzinə. Təbii, əgər burada mərkəzdən əsər-əlamət qalıbsa... Hava soyuyur, göy qaralır. Səfərimizin sonuna yaxınlaşırıq. Müsahibə əsnasında qucaqladığım Füzuli sakinlərinin say-hesabını itirməklə məşğulam. Nəhayət yekun dayanacağa çatırıq. Füzuli Beynəlxalq Hava Limanı. Sevinclə şəkil çəkdirənlərə baxıb yorğun-arğın operatorumla söhbət edirik. “Biz bacardıq” deyirəm, Xəyal. “Hansı biz?” deyə soruşur məndən. “Hamımız” cavabı verirəm. Yaxınlıqdakı polis əməkdaşından bir stəkan Füzuli suyu istəyirəm. Avtobus sürücüsü siqnal verir. Yola qoyulmaq vaxtıdır... ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments