Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Vüqar Biləcəri-Qərib xəyal в хорошем качестве

Vüqar Biləcəri-Qərib xəyal 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Vüqar Biləcəri-Qərib xəyal

Sözləri: Apardı bir qərib xəyal, Yaman məni uzaqlara. Yadımda ən şirin qalan, O günlərə, o çağlara. Mən olmasam da sənlədir, xəyalım hər qədəm başı, Məzarım üstə gəlmədin, darıxdı sinəmin daşı, Sənə əmanət eylədim, gözümdən hər düşən yaşı, Nəvaziş ilə davran o, yetim qalan uşaqlara. Apardı bir qərib xəyal, Yaman məni uzaqlara. Yadımda ən şirin qalan, O günlərə, o çağlara. Əsiri-dami-dərd olun, vəfa yolunda mərd olun, Səadət axtaranların bəla kəsər sağın-solun, İlahi ayrı salmasın sevənlərin ömür yolun, Oturmasın kədər tozu gülüş qonan dodaqlara. Güli-behiştdə naz edər, saçından aldığım ətir, Oxunmamış kitab kimi maraqlısan sətir-sətir, Gülümsə ruhumun gülü, gülüşlərinlə yaz gətir, Gülüşlərin çiçəkləsin bahar gələndə bağlara. Qəmin yanımda saxlaram, bir ömrü yadigar ola, O səndən etibarlıdı, çətin bietibar ola, Sənə heyifdi göz yaşım, əlimdə ixtiyar ola, Sıxıb gözümdə saxlaram, dağıtmaram yanaqlara. Əyilməyən vüqarı var, düz iddialı aşiqin, Tutar vəfalı yar olan əlin vəfalı aşiqin, Bu eşq həmən o eşqdir, iki bəlalı aşiqin, Birin qaçırtdı çöllərə, birin çıxartdı dağlara. ŞARKI Seçmə Şeirlər (Live) SANATÇI Vüqar Bileceri ALBÜM Seçmə Şeirlər LİSANSLAR  Müzik

Comments