Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xaldan məktəbində məzunlar 50 ildən sonra görüşdülər в хорошем качестве

Xaldan məktəbində məzunlar 50 ildən sonra görüşdülər 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xaldan məktəbində məzunlar 50 ildən sonra görüşdülər

Əfsanəvi Xaldan məktəbində məzunlar 50 ildən sonra görüşdülər. Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dəfə məktəbə qədəm qoyduğumuz illərdir. Bəzən də o illəri yenidən yaşamaq üçün məktəbi bitirmiş məzunlar bir araya gəlir. Elə 50 il öncə - 1973-cü ildə Yevlax rayonunun Xaldan kənd məktəbini bitirmiş yaşlı məzunlar kimi. Bu gün onlar yenə bir araya gəldilər, oxuduqları Xaldan məktəbində görüşdülər. Qeyd edək ki, Xaldan məktəbi Sovetlər Birliyində tanınmış məşhur məktəblərdən olub. Nüfuzu Zahid Şöyübovun adı ilə tanınan məktəb olub. Əvvəlcə məzunlar kənd qəbirstanlığında uyuyan məktəbin tanınmış direktoru Zahid Şöyübovun məzarını ziyarət ediblər. Qocaman məzunlar sinif otaqlarına yığışaraq qayğısız məktəb illəri, xoş xatirələri bir-birinin ardınca yada saldılar. Bu gün hər biri bir sahənin mütəxəssisi olan məzunlar müəllimlərini də görüşə dəvət etmişdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimləri olmuş Nüşabə xanım Mustafayeva şagirdləri ilə o illərin xatirələrini vərəqlədi, kövrəldilər, sevindilər, hər kəs öz xatirəsini danışdı. Beləcə 50 il bundan öncəki qayğısız uşaqlıq illərinin ən xoş anlarını yenidən yaşadılar. Sonda məktəbin builki məzunları 50 il öncəki məzunlara çiçəklər bağışladılar, onlarla xatirə şəkilləri çəkdirdilər. Xəbəri Hazırladı : Esmira Hidayətova Operator : Orxan Abuşov

Comments