Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Bəxtiyar Vahabzadə Şeir Yaşıdlarım- kimin 50 yaşı bitirsə o, bu şeiri dinləməlidir! в хорошем качестве

Bəxtiyar Vahabzadə Şeir Yaşıdlarım- kimin 50 yaşı bitirsə o, bu şeiri dinləməlidir! 9 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Bəxtiyar Vahabzadə Şeir Yaşıdlarım- kimin 50 yaşı bitirsə o, bu şeiri dinləməlidir!

Yaşıdlarım Yaşıdlarım, Dağlar başı gümüşüdü Külək əsdi , Gül üşüdü. Qapımızı döyən rüzgar, Təbiətin istehzalı gülüşüdü... O saralan yarpağa bax, göy ota bax! Başımızda çarpazlaşan buluda bax! Çağıldayan dərələrdə sükuta bax! Günümüzü günümüzdən borc alırıq. Boynumuza almasaqda Yavaş-yavaş qocalırıq. Yaşıdlarım, Zaman boyu səfərdəyik. Bizə uşaq deyərdilər, Sonra cavan... İndi nəyik? Gördünüzmü həm od tutan, həm su tutan bir əlində? O ki, bizik... Dayanmışıq, Cavanlığın axırında, Qocalığın əvvəlində... Üzümüzə, gözümüzə Qar da yağır dənə-dənə birəm-birəm. Bəzən olur, məclislərdə Mən özümdən yaşlısını görəmmirəm. Bu dünyaya verdiyim az, Aldığıma utanıram. Məndən cavan adamların Öldüyünü eşidəndə Qaldığıma utanıram... Zaman keçir, Yaman keçir!.. Tanışların, həmyaşların Adları da köhnə telfon dəftərindən Düşür bir-bir qaralanır. Hər cızıqda ürək bir yol yaralanır. Dəftərimdə təzə-təzə tanışların ünvanları sıralanır. Öz hökmünü zaman verir Yaşıdlarım çağırardı Bir vaxt məni toylarına, evlənərdi... İndi onlar qız köçürür, İndi onlar evləndirir. Yaşıdlarım, ataları, anaları yola saldıq, Yetim qaldıq. Balalara Ataların, anaların Adlarını qoya-qoya Biz keçmişlə gələcəyin arasında körpü saldıq. Atalara olan sevgi Balalara keçdi... sevdik, həm sevildik. Balamızı ata bildik, ana bildik. Cavan ikən ömür üçün Mən altmışı çox sanmışam. İndi isə deyirəmki, cavan ölmüş Altmışında ölən atam. Gah qalxırıq, Gah enirik. Yaşamaqdan yaşamağı öyrənirik. İçimizdə iki duyğu, iki fikir, Bir-birilə hey güləşir. Kəşf etdikcə bu dünyanı Heyrət gedir, Yaşamaqda adiləşir. Ancaq... bəs bu, nə sirdir, Hər yeni bir kəşfimizdə Biz təzədən doğuluruq? Qocaldıqca, bu dünyaya Daha böyük bir həvəslə bənd oluruq. Dünyanı öz xoşumuza tərk etmirik. Övlad olub ataları, Ata olub övladları Dərk etmirik. Dikdə eniş axtarırıq, enişdə dik. Özümüzün büdrədiyi döngələrdə, Övladımız büdrəyəndə deyinirik... Düzü budur: qocalırıq, qocaldıqca özümüzə vuruluruq. Yaman deyingən oluruq. Hər meyvəni öz vaxtında yeyərdik biz şirin-şirin, İndi isə... deyirik ki, Dadı qaçıb meyvələrin. Bu, düzmüdür? Xeyr, xeyr! Meyvə həmin o meyvədir. İndi bizim, Dadı qaçıb ağzımızın! Təngiyibdir nəfəsimiz. Eniş bitib dik çıxırıq... Eyni rəngli sərt qayalar Sağımızda, solumuzda, Qanqal bitib yolumuzda. Darıxırıq, darıxırıq. Könül yaxan bir afətin yanında da Darıxmağa başlamışıq. Qadınları sevə-sevə, Qadınlardan Biz qorxmağa başlamışıq. Cürətimiz qaçaq düşüb qəlbimizdən. Bir addımı atmaq üçün Min addımlıq düşünürük uzun-uzun... İmkanımız Arxasınca gedə bilmir arzumuzun... Qəlbimizdə bir daş kimi Düyünlənir istəyimiz. Gözümüzün ləzzətinə Həsrət qalır ürəyimiz. Könül dinclik sorağında Təlatümlə, Həyəcanlar. İtirdiyim manat kimi uçub getdi Küləklərin qabağında. Yanıb sönür, sönüb yanır Yaddaşımın çıraqları. Gah həsrətlə, Gah nifrətlə yad edirik Hər saatı təlatumlə ötüb keçən o çağları... Balaların sevgisinə paylanırıq. Gah da olur, həsrət ilə Durduğumuz bu zirvədən Enişlərə boylanırıq yazıq-yazıq. Sözlərimiz soyuq, ilıq... Söhbətimiz qırıq-qırıq... Ey cavanlar, Sözümüzə qulaq asın, Nəsihətə başlayırıq...

Comments