Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб İranda seçki və seçim günü в хорошем качестве

İranda seçki və seçim günü 3 дня назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



İranda seçki və seçim günü

https://t.me/AzadIranTelegram Bu gün İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir. İyunun 28-də baş tutmuş birinci turda ən çox səs toplayan iki namizəd – sabiq Səhiyyə naziri, parlamentin deputatı Məsud Pezeşkiyan və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, İran Məsləhət Şurasının üzvü Səid Cəlili prezidentlik postu uğrunda mübarizə aparırlar. İran prezidenti İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından sonra təyin olunmuş bu seçkilər əvvəlcə ölkə qanunvericiliyinin tələbinə uyğun həyata keçirilən adi siyasi kampaniya təsiri bağışlayırdı. Lakin seçki prosesinin gedişi, o cümlədən meydana çıxan namizədlər məsələyə fərqli yön verdi. İranın hazırkı daxili ictimai-siyasi vəziyyəti, eləcə də cari regional və beynəlxalq situasiya kontekstində bu seçkilər tamamilə başqa məzmun kəsb etdi. Qısa müddət ərzində aydın oldu ki, İran əslində yol ayrıcındadır və seçkilər vasitəsi ilə onun hansı istiqamətə üz tutması ölkə üçün taleyüklü nəticələrə gətirib çıxaracaq, həmçinin regionda və dünyada gedən proseslərə ciddi təsir göstərəcək. İkinci tura keçmiş namizədlərin hər ikisi, necə deyərlər, “rejimin adamı” olsa da, onların müxtəlif dünyagörüşünü, ölkənin daxili və xarici siyasətinə tam fərqli baxışı təmsil etməsi də bunun məhz belə olduğunu ortaya qoydu. Odur ki, bu gün İranda təkcə seçki günü yox, həm də seçim günüdür və hansı seçimin edilməsi yaxın perspektivdə həm mövcud siyasi quruluşun, həm də bütövlükdə ölkə əhalisinin taleyini müəyyən edəcək. Bu üzdən İrandakı seçkilər bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında da diqqətlə izlənilir. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə Azərbaycanda İran seçkilərinə xüsusi maraq göstərilməsi prezidentliyə namizəd Məsud Pezeşkiyanın azərbaycanlı olması, onun açıq şəkildə türk kimliyindən çıxış etməsi ilə şərtlənib. #İran #seçki #prezident #Pezeşkiyan #Cəlili

Comments