Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Xoşbəxt olmaq üçün bu 4 insan tipindən uzaq olun! в хорошем качестве

Xoşbəxt olmaq üçün bu 4 insan tipindən uzaq olun! 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Xoşbəxt olmaq üçün bu 4 insan tipindən uzaq olun!

Xəbərlərdə bəzən hansısa zəhərli qida ilə bağlı xəbərdarlıqlar edilir və biz bunu ciddiyə alırıq, bir müddət həmin qidadan uzaq dururuq. Eləcə də, zərərli insanlarla bağlı düşünməliyik. Həyatımızdakı bu insanları da ciddiyə almalıyıq. Baxaq görək, bu zərərli insan tipləri hansılardır. 1. Ruhumuzu sümürənlər. “Harri Poter” filmndəki ruh sümürənlər nə edirdilər? İnsanlara pislik, qaranlıq, pis enerji ötürürdülər, pis xatirələri oyadırdılar. Müəllif Coan Roulinq müsahibələrindən birində deyib ki, “ruh sümürən canavarlar” fikrini real həyatdakı insanlardan götürüb. O, ideyasının mənbəyinin həmişə uğursuzluq gətirən insanlar olduğunu vurğulayıb. Bəli, həyatda belə insanlar çoxdur. Qısaca olaraq, onları belə ifadə etmək olar: naşükür. Açılan günə, oturduğu süfrəyə, getdiyi işə, alış-veriş etdiyi mağazaya nifrət edən insanlardı bunlar. Həmişə fincanın boş tərəfini görürlər, daim çatışmamazlıqlardan danışırlar, şikayət edirlər... Ən əsası isə, daim ətrafa ümidsizlik yayırlar. “Ümidini itirmə, bu həyatda bir şeyin bitməsi hər zaman başqa bir şeyin başlamasına səbəb olub.” Love Happens. Yadıma bir el məsəli düşdü: Xeyirsöyləməzə dedilər ki, yol çıxırıq bir yaxşı söz de. Qayıtdı ki, papağını mənə ver, bəlkə getdin qayıtmadın...” Bax, bu insanlardır ruhumuzu sümürənlər... 2. Təkəbbürlü insanlar. “Təkəbbürlü olmaq, ya da olmamaq”, “var olmaq, ya da olmamaq” qədər dəqiq bir mövzudur. Bu, mənim fikrim deyil. Teoloji fəlsəfədə bu nöqtəyə gəlinib. Əgər özünüzdə təkəbbürdən bir damcı da hiss etsəniz, bunun üzərində düşünün. Özünüzü təkəbbürdən arındırmağa çalışın. Təkəbbür yoluxucu xəstəlik kimidir... Yoluxdurur adamı.. Bu cür adam tanıyırsınızsa, ondan uzaq durun ki, sizə də təkəbbüründən sıçramasın. Snoop Dogg bir mükafat alır. Sonra da çıxış edir. Baxaq. Snoop Dogg: “Özümə təşəkkür etmək istəyirəm. Mənə inandığı üçün özümə təşəkkür edirəm. Bütün bu çətin işləri bacardığı üçün özümə təşəkkür edirəm. Bir gün belə boş keçirmədiyi üçün özümə təşəkkür edirəm.Əsla vaz keçmədiyi üçün özümə təşəkkür edirəm. Hər zaman köməksevər olduğu üçün özümə təşəkkür edirəm. Və həmişə aldığından daha artığını verməyə çalışdığı üçün özümə təşəkkür edirəm. Yanlış, ya da doğru-hər zaman daha artığını eləməyə çalışdığı üçün özümə təşəkkür edirəm. Hər zaman “mən” olaraq qalmağı bacardığı üçün özümə təşəkkür edirəm.” ...Əlavə nəsə deməyə ehtiyac yoxdu... “Çox yaxında onu səndən istəyəcək, görərsən... Onu səndən alacaq...” 3. Qeybətcil insanlar. “Böyük beyinlər fikirləri müzakirə edər, orta səviyyəli beyinlər hadisələri müzakirə edər, kiçik beyinlər insanları müzakirə edər.” Eleanor Ruzvelt Sahib olduğumuz adət-ənənəmizdə, yaşam tərzimizdə dedi-qodunun pis bir şey olduğunu bilirik. Dinimiz qeybətin haram olduğunu deyir. «Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.» (Hucərat surəsi,ayə12) Amma yenə də dedi-qodudan yaxa qurtara bilmirik. Bəs, bu qeybəti kim edir? Evimizin içinə baxaq... Mələk üzlü analarımızdan da “qeybət kimi çıxmasın”la başlayan uzun cümlələr eşidirik. Bunun da səbəbi insanın səhv edərkən özünə yazığı gəlməsindədir. Yəni, səhv edirik, utanırıq, özümüzə acıyırıq. Bunu gizlətməyə çalşırıq və bu gizlilik marağa səbəb olur. Hamını cəlb edir. Bir insanın üstü açılan səhvinin başqaları tərəfindən müzakirəsi isə qeybət sayılır. Bir insanın xəbəri olmadan onun davranışını, xarakterini, sahib olub-olmadıqlarını müzakirə etmək qaranlığın ən qaranlıq nöqtəsidir. Əgər yanınızda kimsə kiminsə qeybətini edərsə, yaxşı olar ki, deyin: “Mənə maraqlı deyil!” Vəssalam! Həmin adamla baxdığınız bir filmi, oxuduğunuz bir kitabı müzakirə etməyə çalşın. Beləcə, qeybətə ortaq olmazsınız. Qeybət edənlər arasında zəkalı, dürüst, düşüncəsi aydın olan insanlara heç rast gəlmədim indiyədək... 4. Koala tipli insanlar. Koalalar dünyanın ən ləng heyvanlarıdır. Gün ərzində, uzağı, yarım metr hərəkət edərlər. Yaxınlıqdakı su hövzələrinə getməyə ərindikləri üçün orqanizmləri yedikləri yarpaqlardan su çıxarmağı və onunla qane olmağı öyrənib.

Comments