Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Allahı danan müəlliminin başına stul çırpdı, qızlığını xalası oğluna qısqandı в хорошем качестве

Allahı danan müəlliminin başına stul çırpdı, qızlığını xalası oğluna qısqandı 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Allahı danan müəlliminin başına stul çırpdı, qızlığını xalası oğluna qısqandı

Onu hamı sevirdi, böyükdən kiçiyə... Muğam sənətində, ifa tərzində etdiyi yeniliklər böyüklərin ürəyini oxşadığı zamanda, üzündəki ifadələr, cizgiləri ilə ifasına verdiyi ifadələr, 7-də 77-ə hər kəsin ürəyinə yayılırdı. Biri var idi... Təhsilisiz, ustadsız musiqi zirvəsin qalxan, yeni musiqi təriqi yaradan Xalq artisti Hacıbaba Hüseynov Hacıbaba Hüseynəli oğlu Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində anadan olub. O, atası Hüseynəli kişi ilə anası Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq dünyaya gəlib. Amma biri uşaqkən vəfat edib. Qalanları uzunömürlü olublar. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər. Hacıbaba erkən yaşlarında məscidlərdə, yas məclislərində mərsiyyə deyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov Zülfünün oxuduqlarını təkrar edir, ona oxşamağa çalışır. Əslində, ata nənəsinin Hacıbabadan gözlədikləri başqaydı. Nənəsi onun dini savad alıb axund olmasını istəyirdi. Bu ümidlə: "İstəyirəm Hacıbaba mollaxanaya getsin", - deyirdi. Sonralar yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: "Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör, uşağım getdi nə oldu...". Hacıbabanın da yaxşı səsi olduğunu məhəllədə hər kəs bilirdi. Hələ uşaq olanda onu dəfələrlə məscidə azan verməyə aparmışdılar. Tezliklə bu xəbər Hacıbabanın oxuduğu məktəbə də çatır. Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Belə bir vaxtda sovet məktəblisinin məscidə getməsinə, azan oxumasına etinasız qalmazdılar. Hacıbabanı da müəllimi buna görə danlayırdı. Körpəlikdən dini söhbətlər eşidən, dinə bağlı olan məktəblini müəlliminin sözləri bərk qəzəbləndirir. Ona görə də masanı qaldırıb onun başına çırpır və məktəbdən çıxır. Beləcə, Hacıbaba Hüseynovun təhsili həyatı 4-cü siniflə bitir. Yeni evlənənlərə Çəmbərəkənddə baba evində balaca bir otaq ayırırlar. Qara çörəyin güclə tapılan günlərində Hacıbaba həyat yoldaşına təsəlli verir: "Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın arvadına bax"... Əlli bir illik evlilikləri boyunca çox gözəl günlər yaşayırlar. Uzun illər övlad həsrəti çəksələr də, onların övladı olmur. Nəhayət belə qərara gəlirlər ki, Mehparə xanımın bacısı qızı Sədaqət xanımı övladlığa götürsünlər. Sədaqət xanım müsahibələrinin birində danışır: "Balaca olanda məni qoymadı ki, dövrün dəbi ilə onu "papa" çağırım. "Ağa" deməyimi istədi. Özü də atasına "ağa" deyə müraciət edərmiş. Mən orta məktəbdə oxuyanda ardımca gəlirdi. Yoldaşlarım deyirdilər ki, baban gəlib. Yaş fərqimiz böyük idi. Heç sıxılmırdım, cavab verirdim ki, atamdır. Təəccüblənirdilər. Atam çox qısqanc adam idi. Məni hətta xalam oğlu ilə danışmağa qoymurdu. Atam "Sankazver Cabir"lə dost olub. Məhəllədə belələri ilə dost kimi görüşüb-danışıb, oturub-durub. Amma onların bəzi əməlinə qoşulmayıb". Qohumu qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başlayır. Əvvəl xanəndə yox, nağaraçalan kimi toylara gedir. Bunu yalnız ailəsinin maddi vəziyyətinə görə edir. Yavaş-yavaş xarratlıqdan uzaqlaşmağa, toylara getməyə başlayır. Müharibənin başa çatmasına az qalmış bir gün baldızı, xanəndə Sara Qədimova onlara qonaq gəlir. Mehparə xanım sözarası deyir: "Ay Sara, Hacının da yaxşı səsi var, hərdən oxuyur". Sara xanımın, Mehparə xanımın, anasının israrı ilə Hacıbaba oxumağa başlayır. Oxuyub-qurtaranda görür Sara xanım ağlayır. Hacıbaba zarafata salıb deyir: "Ay qız, yəni mən elə oxudum ki, sən ağladın?..". Sara Qədimova deyir: "Hacı, sən əməlli-başlı xanəndəsən...". Yetmiş yaşına qədər heç bir fəxri ad almayan xanəndə Xalq Artisti adını alanda da çox sevinmir. Qızı Sədaqət xanım deyir ki, Əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illər tez-tez gedir. Ancaq özünü əvvəlki kimi gümrah hiss etmir: Son vaxtlar toylara da getmirdi. Birdən-birə halı dəyişdi. Həkimə apardıq. Dedilər işemiyadır. On gün xəstəxanada qaldı, evə gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmaniya keçirmişdi, ağ ciyərində ləkə vardı. Təngnəfəslik ağ ciyər xərçənginə çevrildi. Xəstəliyini bilmirdi. Bir qonaqlıqda çox danışmış, bir az da oxumuşdu. Ona bu qədər danışmaq olmazdı. Ağır xəstə idi. Xəstəxanadan cəmi 10 gün idi çıxmışdı. Qonaqlıqdan evə gec qayıtdı. Onu gözləyirdik. Bir oğlan qolundan tutub birtəhər gətirdi, ağzından qan gəldi. Əli ilə su istədi, verdim. Həkim çağırmağa getdim, zəng vuranda artıq keçinmişdi". Beləliklə, sənətkar 24 oktyabr 1993-cü ildə 74 yaşında dünyasını dəyişir. Qızına vəsiyyət edir ki, dəfini heç kimə verməsinlər. Sizi isə, onun ölümündən düz 1 ay əvvəl apardığı son toydakı ifa ilə baş-başa buraxırıq... Bu, Hacıbaba Bağırovun son görüntüləridir...

Comments