Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Ramiz Rövşən - Qara paltarlı qadın в хорошем качестве

Ramiz Rövşən - Qara paltarlı qadın 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Ramiz Rövşən - Qara paltarlı qadın

Şeir: Ramiz Rövşən - Qara paltarlı qadın Səsləndirmə: Ramiz Rövşən Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] RAMİZ RÖVŞƏN - QARA PALTARLI QADIN Kişilər bir olmur atam balası Qorxağı var, igidi var, Amma hər kişinin öləndən sonra Qəbri üstdə ağlamağa Bir qara paltarlı gözəl bir qadına ümidi var. Sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaşmı olacaq, yadmı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, Ən çox ağlatdığın qadın olacaq?! Göz yaşları yuduqca baş daşını Qəbrində qurcalanıb, deyəcəksən: İlahi İllər boyu ağlatdığım bu qadın Görən necə saxlayıbdır bu qədər göz yaşını?! Bircə kərə nə saçını oxşamışam, Nə gözünü silmişəm. Gözlərimə batır indi saçlarının hər dəni, İllər boyu bu qadına mən axı dərd vermişəm. İndi görən niyə çəkir dərdimi? Bu qadın baş daşımı öpüb sığallamaqdansa, Yumruğuyla döysə-döysə yaxşıdı. Qəbrimin üstündə ağlamaqdansa, Məni söysə yaxşıdı. Yeri-yeri, qara paltarlı qadın, Kiri-kiri, qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridir. Baş daşımı bəsdir basdın bağrına, Bütün mənə ağlayanlar kiridi, Sən də kiri, qəbrim damır, ağlama... Ramiz Rövşən: “.... Sizə deyim ki, “Qara paltarlı qadın” o qədərdə evdar olmayan vaxtımın şeirlərindəndir. Bu şeirdə kişilərin sanki günahlarını yumaq hissi də var. “Qara paltarlı qadın”ın bu qədər sevilməsinin səbəbi məncə zamanla bu şeirin alt qatına talelərin yığılması ilə bağlıdır. Həmin şeiri mən 1981-ci ildə yazmışam və 1987-ci ildə “Göy üzü daş saxlamaz” kitabımda çap olunub. O vaxt şeirin o qədər də populyarlığı yox idi. “Qara paltarlı qadın”ın populyarlaşıb, əks-səda doğurması 1990-cı illərdən sonra oldu. Düşünürəm buna 20 Yanvar, müharibə, itkilər səbəb oldu. Düzdü, “Qara paltarlı qadın”da kişilərə bəraət yoxdur amma yenə də yaşanılan itkilərində təsiri şeirə kədərli populyarlıq gətirdi...” #ramizrövşən #ramizrovsen #qarapaltarlıqadın #qarapaltarliqadin #şeir #şair #poeziya #ədəbiyyat #seir #sair #göyüzüdaşsaxlamaz #goyuzudassaxlamaz #nəfəs #nefes #sevgi #şeirkitabı #ədib #xalqşairi #biraddimla #biraddimlayol

Comments