Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Mövlam Şıxəliyevin səs yazısı dinlənildi, məhkəmədə ara qarışdı в хорошем качестве

Mövlam Şıxəliyevin səs yazısı dinlənildi, məhkəmədə ara qarışdı 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Mövlam Şıxəliyevin səs yazısı dinlənildi, məhkəmədə ara qarışdı

#APATV #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib. O bildirib ki, 2012-ci ilin may ayından 6 saylı notariat kontorunda notarius vəzifəsində işləyib. Ərəstun İmanovun sözlərinə görə, 2012-ci il sentyabrın əvvəllərində Vüsal Ələkbərov onun iş yerinə gələrək Etibar Əliyev barəsində cinayət işinin istintaqını apardığını, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazım olduğunu deyib. Vüsal Ələkbərov gedəndən sonra Etibar Əliyevin oğlu Kəramətlə MTN-ə gedib. Vüsal Ələkbərovun iş otağında Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsi alınıb: “Bir neçə gün sonra Kəramət həmin əmlakın mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri, o cümlədən çıxarışın əslini gətirdi. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətdən anasını müqavilənin imzalanması üçün gətirməsi istədim. Kəramət Əliyev anasını gətirdi, müqaviləni həm alan, həm satan tərəf mənim iştirakım ilə imzaladı. Bundan sonra həmin alqı-satqının taleyindən xəbərim olmayıb”. Daha sonra zərərçəkmiş şəxs qismində Etibar Cəfərov ifadə verib. O bildirib ki, 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfümeriya malları satıb: “Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın buraxıldıq”. Zərərçəkmiş bildirib ki, həmin ilin sentyabrın 5-də yenidən MTN-ə çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan “nə əcəb məni buraxdılar” deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi. Həbsdə olduğum müddətdə stress, əsəb keçirdiyimdən səhhətini pisləşdi. Düşündüm ki, şikayət etsəm, məni həbs edə bilərlər. Buna görə də heç yerə şikayət etmədim və hər şeyi unutmağa çalışdım”. Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra öyrəndim ki, atam azadlığa buraxılmağım üçün Fuad Məmmədova 210 min manat verib. Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, Mövlam Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib. Məlum olub ki, Mövlam Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb. Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. Mövlam Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib. Akif Qurbanov isə bildirib ki, vəkil yalan danışır, Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur... ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments