Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Özündən 11 yaş kiçik oğlanla evlənən, pişiyinə elçi gedən Nəsibə Zeynalova - Bilinməyən faktlar в хорошем качестве

Özündən 11 yaş kiçik oğlanla evlənən, pişiyinə elçi gedən Nəsibə Zeynalova - Bilinməyən faktlar 3 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Özündən 11 yaş kiçik oğlanla evlənən, pişiyinə elçi gedən Nəsibə Zeynalova - Bilinməyən faktlar

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Atası dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub. Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, yeməkləri sən bişir, savabdır. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyarmış. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik, xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür. Atası dünyasını dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyətində deyib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Nəsibəni oxut, cahil olmasın. Atasını dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayır. Aktrisa özü müsahibələrinin birində deyir: “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”. Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə işinə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam. Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb. Nəsibə xanım ömrünün son günlərində gəlinindən halallıq istəyərək deyib: Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan. Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi. Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyir. Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım". Davamı "Kulis"də...

Comments