Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Qaçaq Süleyman (film, 1994) в хорошем качестве

Qaçaq Süleyman (film, 1994) 6 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Qaçaq Süleyman (film, 1994)

Qacaq Suleymanin Nəticəsi Orucov Orxan Tahir oglu. Rejissor: Mərahim Fərzəlibəyov, Məhərrəm Bədirzadə Janr: tarixi Dil: azərbaycan dili Ölkə: Azərbaycan İstehsalçı qurum: Azərbaycan televiziyası QACAQ SULEYMANİN NƏTİCƏSİ OLMAĞIM İLƏ FƏXR EDİRƏM VƏ BUNLARİ SİZLƏRLƏ BÖLÜŞMƏYİ OZÜMƏ BORC BİLİRƏM Kİ, BİLMƏYƏNLƏR, TANİMAYANLAR BİLSİNLƏR Kİ, FÜZÜLİ RAYONUNUN NECƏ İGİD OGLUNUN OLDUĞUNU.... Qaçaq Süleyman o dövrün seçilmiş adamlarından biri olan mülk sahibi Kərbəlayi Ağahüseynin oğludur: "O, indiki Füzuli rayonunun Əhmədallar kəndində doğulub. Qafqaz Canişininin hiyləsi nəticəsində onun ata mülki müsadirə olunub. Bu haqsızlığa dözməyən Süleyman qardaşı Qara Dadaşla çar üsul-idarəsinə qarşı mübarizəyə atılıb. Tarixdə qeyd olunduğu kimi, uzun mübarizədən sonra o, canişinin göstərişi ilə Arazboyu düzülmüş dövlət silahlıları tərəfindən tutularaq Şuşa qalasına göndərilməli imiş. Məlumat gəlir ki, onu Füzuli rayonunun Bəhmənli kəndindən gizli yolla Cəbrayılın Çaxırlı və Quycaq kəndlərindən keçmək şərti ilə Şuşaya aparacaqlar. Lakin Cəbrayılın Daşkəsən kəndinin adlı-sanlı zadəganları olan Kərbəlayi Məstalı, Kərbəlayi Şirxan və Kərbəlayi Behbud qardaşları tərəfindən kəndin aşağı hissəsində yerləşən Alı bəyin kəhrizi üstündə dövlət adamlarını tərksilah edərək Süleymanı azad edirlər. Sonra ona silah və at verərək təmtəraqlı şəkildə yola salırlar. Süleyman Cənubi Azərbaycana gedib. Çünki onun ögey bacısı orada yaşayırdı. Süleyman bacısını hədsiz dərəcədə çox istəyirdi. Ancaq zaman keçdikcə müstəmləkəçilik siyasətinin yeni bir dalğası olan məşhur "Stolipinin aqrar siyasəti" Azərbaycanda imperiyanın özbaşınalığını daha da sürətləndirdi. XX əsrin əvvəllərində Azərbaycanın elə bir bölgəsi yox idi ki, bu zülmə qarşı mübarizə getməsin. Elə bu dövrdə Qarabağda xalq arasında Süleyman "Qaçaq Süleyman" kimi məşhurlaşaraq mübarizəni daha da gücləndirdi. Qaçaq Süleyman doğulduğu Əhmədallar kəndində öz düşərgəsini yaratdı. O, təkcə qənimi və düşməni çar məmurlarını, bəyləri, pristavları deyil, eyni zamanda, yerlərdə əhalini çapıb- talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Təbriz inqilabında öz fədailəri ilə birlikdə Qaçaq Süleyman da vuruşaraq, onlara hər sahədə yaxından köməklik göstərib. Qarabağda 25 ildən çox çarizmə, onun harın məmurlarına və erməni daşnaqlarına qarşı mübarizə aparmış Qaçaq Süleyman son damla qanınadək düşmənlə vuruşmuş, təslim olmamışdır. 5 aprel 1917-ci ildə Qaçaq Süleyman Araz çayı istiqamətində hərəkət edərkən çar çinovniklərinə satılmış adamlar tərəfindən xaincəsinə qətlə yetirilmişdir.

Comments