Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб 20 yanvara görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi в хорошем качестве

20 yanvara görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi 4 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



20 yanvara görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi

#history #stalin #ssri #Qorbocov Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb. Yəqin ki, 1990-cı ilin noyabrın 7-də Şmonovun Qorbaçova qarşı sui-qəsd cəhdi baş tutsaydı, SSRİ-nin taleyi də başqa səmtə yönəlcəkdi.Bəs Qorbaçovun həyatına son qoymaqla tarixi öz axarından çıxarmaq istəyən Aleksandr Şmonov kim olub?1952-ci ildə Leninqradda anadan olan Aleksandr Şmonov ordu sıralarından tərxis olunduqdan sonra Leninqrad vilayətinin tabeliyində olan Kolpino şəhərindəki “İjor” zavodunda çilingər işləyib. 1980-ci illərin ikinci yarısından Şmonov Rusiya Sosial-demokrat Partiyasının sıralarına daxil olub. Elə həmin dövrdən də Qorbaçov siyasətinə qarşı tənqidi fikirləri ilə təbliğat aparıb. Artıq 1990-cı ilin əvvəllərindən o, gizli şəkildə Qorbaçovun məhv edilməsinin labüd olmağı ilə bağlı vərəqələrin paylanmasına nail olub. Nəhayət siyasi mübarizənin sonuncu addımı kimi ölkənin birinci şəxsini öldürməyə qərar verib. Şmonov sui-qəsdi reallaşdırmaq üçün həmin dövrdə SSRİ-də çətin tapılan alman istehsalı olan qoşa lüləli tüfəng alıb. O, bu silahın alınmasına 900 rubl xərcləyib. Silahla rahat hərəkət etmək üçün Şmonov tüfəngin lüləsini kəsərək onu qısaldıb. Sui-qəsdi həyata keçirmək üçün ən münasib vaxtın noyabrın 7-də, Qırmızı meydanda keçirilən nümayiş olduğunu müəyyənləşdirən Şmonov öz xarici görünüşünü dəyişmək haqda da düşünüb. O, bu məqsədlə parik və süni bığ əldə edib.Noyabrın 5-də Aleksandr Şmonov Moskvaya gəlib. Noyabrın 7-də səhər hazır vəziyyətdə nümayiş iştirakçılarının arasında özünə mövqe seçib.Saat 11:09-da Şmonov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSRİ rəhbərliyinin dayandığı mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış o, silahı çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Mılnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə univermaq binasının divarına dəyib.Ekspertlərin verdikləri rəyə görə bu sui-qəsdə cəhdlə Qorbaçovun öldürülməsi mümkünsüz sayılıb. Çünki Qorbaçovun altdan zirehli geyimi olub. Digər bir tərəfdən isə silahın lülələri həddindən artıq çox kəsilib.Aleksandr Şmonov törətdiyi hadisədən əvvəl kiçik bir yazı qoyub: “Əgər bu hadisə zamanı ölərəmsə, əvvəlcədən məlumat üçün bildirirəm ki, mən SSRİ prezidenti Mixail Qorbaçovu öldürmək istəyirdim”.Şmonov sonrakı ifadələrində qeyd edib ki, Qorbaçovu öldürməyə nail olsaydı elə həmin andaca ikinci hədəfi SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov olacaqdı.

Comments