Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Dəmirçilər məscidi в хорошем качестве

Dəmirçilər məscidi 3 месяца назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Dəmirçilər məscidi

for English, please scroll down. Bir neçə gün öncə, yaxın dostlarımızdan olan Kamran Əhmədov, Qazaxın Dəmirçilər kəndində məscid olduğunu, bu məscidin daha öncələr kilsə olması ehtimalını bildirdi. Qazaxada səfərimizi bu kənddən salıb abidəyə baxmaq qərarına gəldik. Kəndin hündür yerində tikilmiş bir otaqlı binaya rast gəldik. İlk öncə kilsə ya məbədi xatırlatsa da yaxınlaşdıqda məscid olduğunu anladıq. Hətta üzərində tikilmə tarixi 1326 hicri (~1908 miladi) göstərilir. Məscidin kənd camaatının vəsaiti hesabına tikildiyi deyilir. Minarəsizdir. Uzun dördbucaqlı, təxminlə 15x7m ölçüsündədir. Əsasən çay daşından, pəncərə və qapı kənarları yonulmuş daşdan tikilmişdir. Şimal tərəfdən bir qapı və tavana yaxın kiçik uzunsov pəncərə vardır. Gümanki, bu zənən qapısıdır. Şərq tərəfdən ortada qapı olmaqla dörd pəncərə və cənub istiqamətində daha iki pəncərə vardır. Minbər də bu divarın iç hissəsindədir. Tavan dörd ədəd taxta sütun üzərində, qövsvari döşəmə taxtalarından tikilmişdir. Üzəri torpaqla örtülmüşdür. Zamanla tavan bir neçə yerdən çökmüşdür. Yerli camaatın məscidlə bağlı bir adəti vardır ki, Novruz bayramı ərəfəsində məscidə gəlib şam yandırmaq. Buna görə də yanlış olaraq abidənin əvvəllər kilsə kimi fəaliyyət göstərdiyini ehtimal edirlər. Memarlıq üslubuna görə tikilinin məscid olduğunu əminliklə deyə bilərik. Şam yandırma adəti isə "Pirlərə inancdan, pirdə şam yandırmaq"-dan irəli gəlir. Unutmamaq lazımdırki, kənd camaatı məscidin həm də pir olduğuna inanır. Daha bir maraqlı xüsus isə, məscid yaxınlığındakı yüksəkliyin adı Qurban çal (Qurban təpəsi)-dir. Məscid sovet dönəmində anbar kimi istifadə edilmişdir. Müstəqillik dövründə bir müddət fəaliyyətini bərpa etsə də sonradan bağlanmışdır. Hər halda abidənin bərpaya ehtiyyacı vardır. Bu qədər... The Mosque of Damirchilar A few days ago, our close friend Kamran Ahmadov informed us that there is a mosque in the village of Damirchilar in Gazakh, possibly formerly a church. We decided to take a trip to this village in Gazakh to see the temple. We faced a single-room building erected on the elevated site of the village. At first, it resembled a church, but as we approached, we realized it was a mosque. Its construction date is indicated as 1326 Hijri (~1908 AD). It is said to have been built with the funds of the village community. It lacks a minaret and is roughly rectangular, measuring approximately 15x7 meters. Primarily constructed of river stones, with window and door frames made of cut stone. There is a door on the north side and a small, long narrow window near the ceiling. Presumably, this door is for the women's entrance. On the east side of the building, there is a door in the middle, with four windows around it, and two more windows in the southern direction. The ceiling stands on four wooden columns. It is covered with soil. Over time, the ceiling has collapsed in several places. The local community has a tradition related to the mosque, which is to come to the mosque and light candles on the eve of the Novruz holiday. Therefore, some people mistakenly assume that the monument was previously used as a church. Based on the architectural style, we can confidently say it was built as a mosque. The tradition of lighting candles stems from the belief it's customary to light candles in temples. It's worth noting that the village community also believes that a mosque is a sacred place locally called "pir (sacred place)" Another interesting point is the nearby hill named "Qurban çal" (Sacrifice Hill). During the Soviet era, the mosque was used as a storage facility. Although it resumed its activity for a while during the independence period, it was later closed. In any case, the monument requires restoration. That's all...

Comments