Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Başlıbel faciəsinin şahidləri danışır, onlar 113 gün mühasirədə qalıblar - APA TV в хорошем качестве

Başlıbel faciəsinin şahidləri danışır, onlar 113 gün mühasirədə qalıblar - APA TV 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Başlıbel faciəsinin şahidləri danışır, onlar 113 gün mühasirədə qalıblar - APA TV

#APATV #Kəlbəcərrayonu #Başlıbelkəndi #başlıbelfaciəsi #başlıbelqatliamı #şahidlər #şahidləridanışır #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 Başlıbel faciəsinin şahidləri danışır, onlar 113 gün mühasirədə qalıblar - APA TV Bu gün ermənilərin Kəlbəcər rayonun Başlıbel kəndində törədiyi qətliamdan 30 il keçir. Kəndə hələ də düşmənin sakinlərə qarşı etdikləri vəhşiliklərin izlərini görmək mümkündür. 30 il ərzində düşmən kəndi yerlə yeksən edib. Kəndə bir dənə də tikili qalmayıb. Ermənilərin Kəlbəcərdə törədiyi Başlıbel qatliamı xalqımız üçün ən ağır faciələrindən biri olub. Həmin vaxtı düşmən kənd sakinlərinin başına min cür oyun açaraq dəhşətli qırığın törədib. Düşməndən canını qurtarmaq istəyən sakinlər kəndən bir qədər uzaqdan yerləşən kahalarda gizlənməli olurlar. Mağaralarda sığınan kənd sakinləri düşmən tərəfində ağır işgəncələrə məruz qalıblar. Başlıbel kənd sakini olan Şəfəq Hüseynova 30 ildən sonra ilk dəfədir ki, qətliamın baş verdiyi yerdə olur. 1993-cü ildə ermənilər tərəfindən kənd işğal edilən zaman o, faciəni öz gözlərin ilə görüb. Şəfəq xanım deyir ki, 18 gün kahalarda yaşayıb. 113 gün mühasirədə qaldıqdan sonra xilas olub. Başlıbel kənd sakini Mahir Cəfərov həmin vaxtı mühasirədə yaşayanlardan biri olub. O deyir ki, faciədən 30 il keçməsinə baxmayaraq baş verənlər dünən olmuş kimi gözünün önündə canlanır. Arzu Əmrəliyevə faciə günü yaxınları ilə birlikdə düşmənə əsir düşüb. 9 ay əsirlikdə qaldıqdan sonra vətənə qaytarılıb. Başlıbel qətliamında Arzu xanımın 10 nəfər yaxını qətlə yetirilib. Onun sözlərinə görə əsirlikdə olan zaman ermənilər onlara çox işgəncələr veriblər. Xatırladaq ki, ermənilər Başlıbel qətliamı zamanı mağaralarda sığınacaq tapan 12 nəfəri mağarda, 1 nəfəri isə Tutqun çayının kənarında vəhşicəsinə qətlə yetiriblər. Kənd sakinlərindən otuz nəfər mühasirədən çıxmağa çalışıb. Onlardan yalnız bir nəfər doğma yurdu tərk etmək istəməyib. Xatırladaq ki, Başlıbel qətliamı 1993-cü il, aprelin 18-də Kəlbəcərin işğalı zamanı törədilib. 12 nəfər dinc sakin sığındıqları yerdə öldürülüblər. 19 nəfər kənd sakini isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bu günədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur. 2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi 25 noyabrda 2020-ci ildə sərt iqlimə və mürəkkəb coğrafi relyefə - hündür dağlara malik Kəlbəcərin və Başlıbel kəndinin şəhid vermədən azad edilməsi ilə nəticələnib. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin həmkəndliləri tərəfindən mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilmiş həmin sakinlərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub. Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını xüsusi vurğulayıb, kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırıb, Xocalı soyqırımının 30-cu ildönümü haqqında 2022-ci il 28 yanvar tarixli Sərəncamında da Başlıbel qətliamını xatırladıb. Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Kəlbəcər ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments