Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Əfsanəvi qəhrəman Mehdi Hüseynzadə в хорошем качестве

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadə 7 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əfsanəvi qəhrəman Mehdi Hüseynzadə

Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-cı ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib. 1941-ci ilin avqustunda orduya çağırılıb, Tbilisi hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanıb və almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzib, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib və ağır yaralanıb. Onlarla dəmir və şose yolu körpüsünü, çoxlu faşist avtomaşınını sıradan çıxarıb. Şimali İtaliyanın Udinə şəhərində 700 nəfər yerli partizan və Sovet əsirini əsarətdən qurtaran Mehdi bir neçə hərbi təyyarəni mina vasitəsi ilə dağıtmağa müvəffəq olub. 1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə döyüşdə ağır yaralanıb və çoxlu qan itirərək həlak olub. 1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı verilib.

Comments