Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Diqqət! Bu şirkət eyni mənzili 6-7 nəfərə satır в хорошем качестве

Diqqət! Bu şirkət eyni mənzili 6-7 nəfərə satır 2 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Diqqət! Bu şirkət eyni mənzili 6-7 nəfərə satır

#APATV #SahilSİnşaat #MTK #KənanMMC #mənzil #bina #ev #tikinti #inşaat #şirkət #Suraxanı #YeniGünəşli #massiv #VətənMüharibəsi #şəhid #manat #pul #BaşProkurorluq #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi 1-dən 15-ə kimi addım-addım qalxıb, binada aparılan tikinti işləri ilə tanış olmaq istədik. Təəssüf ki, bizi görən inşaat şirkətinin işçiləri hərə bir tərəfə qaçdı. Söhbət “Sahil S İnşaat” MTK tərəfindən Suraxanı rayonu, Yeni Günəşli A B massivində inşa olunan 15 mərtəbəli yaşayış binasından gedir. Buradan ev alan sakinlər iddia edirlər ki, onların aldıqları mənzil bir deyil, bir neçə şəxsə satılıb. Bir neçə il öncə borca girərək gördüyünüz bu binadan mənzil alan sakinlər hələ də o mənzillərin qapısını açıb, içinə girə bilmirlər. Burada bir mənzil bir deyil, bir neçə şəxsə satılıb. Özü də maliyyə arayışı ilə. Onların içində şəhid ailəsi və Vətən Müharibəsi iştirakçıları da var. Şikayətçi Tural Zərbəliyev deyir ki, şəhid ailəsiyəm, bu binadan ev almışıq: “55 min manat pul verib, 5-ci mərtəbədə ev almışam. 1 evi 5-6 adama satıblar. Zülmlə qazanıb 3-5 manat pul yığıb, ev aldıq. Ortada bir şey yoxdur. Binanın sahibi də ortaya çıxmır. Vətən Müharibəsi iştirakçısı Orxan Çerpano da aldadılan vətəndaşlar sırasındadır: “Mən Vətən Müharibəsi iştirakçısıyam, pulum mənimsənilib. Mənimlə bərabər Vətən müharibəsi iştirakçıları var, şəhid ailələri var, evini satıb gələnlər var”. Sakinlər deyir ki, bina istifadəyə yararlı deyil, istinad divarı tikiləmdiyi üçün hər an sürüşə bilər. İndi adıçəkilən şirkətin fırıldaqçılığının qurbanına çevrilən sakinlər mənzilləri deyil, verdikləri pulu geri istəyirlər. Amma ortalıqda heç nə yoxdur. İt də gedib, ip də. Binada da tikinti işləri fasilələrlə aparılır. Heç tikinti işlərini həyata keçirən podratçı şirkətin rəhbəri də binanın nə vaxt təhvil veriləcəyini bilmir. Məsələ ilə bağlı əvvəlcə vətəndaşlara qarşı fırıldaqçılıq etməkdə təqsirləndirilən Allahverdiyev Taleh Şamil oğlu ilə əlaqə saxlamağa çalışdıq. Nömrəsinə zəng çatmadı. Daha sonra zərərçəkən şəxslərin iddiasına əsasən, bu işdə barmağı olan Taleh Allahverdiyevin şəriki Kənan MMC-nin rəhbəri Pənah Kərimov və sakinlərə məlum mənzilləri almaqda “yol göstərərək” vasitəçilik edən Elçin adlı şəxslə əlaqə saxladıq. Hər iki şəxs durumdan agah olduğunu, lakin məsələnin onlara aidiyyəti olmadığını bildirdi. Sahibkar Pənah Kərimov deyir ki, mən özüm də ona mal vermişəm, lakin pulunu ala bilmirəm: “Mən onun ortağı da deyiləm. Mal vermişəm, pulunu da ala bilmirəm. Dələduzdur, camaatı qaldırıb üstümə. Rəsmi sənəd göstərsinlər ki, mən kiməsə ev satıb, pul almışam. Talehin nömrəsi də məndə yoxdur. Mənə 500-600 min borcludur, axtarıram ki, gəlib borcumu qaytarsın”. Elçin adlı şəxs isə baş verənlərə belə aydınlıq gətirdi: “Mən orda bina sahibi deyiləm, sənədverən adam deyiləm, kimdənsə pul almamışam. Mənə deyiblər ev var, mən də vasitəçilik edib ev satıb, 500-1000 manat pul almışam. Bu işlərdən xəbərim yoxdur”. Problemlə bağlı Baş Prokurorluqla da əlaqə saxladıq. Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Kənan Zeynalov bildirdi ki, artıq məsələ nəzarətə götürülüb, araşdırmalardan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək: “Sahil S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taleh Şamil oğlunun digərləri ilə əlbir olaraq, Suraxanı rayonu, Yeni Günəşli A, B massivində inşa olunan binada eyni mənzili bir neçə nəfərə satması ilə bağlı vətəndaşlardan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında, Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər davam etdirilir. “Sahil S İnşaat” MTK-nın rəhbər şəxslərinin qanunsuz əməlləri ilə üzləşən şəxslərdən 961 və 161 qaynar xətlərimizə məlumat vermələrini xahiş edirik. Bəli, bu vaxta kimi dəfələrlə məlum faktlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparıb və tikinti şirkətləri barəsində cinayət işləri başlayıb. Hətta həbs olunan şirkət rəhbərləri də olub. Amma yaşanan problem onu göstərir ki, hələ də belə şirkətlər mövcuddur və gözü çıxan qardaşlarından dərs götürmək istəmirlər. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz:   / tvapaxeber   ✅ Rəsmi instagram səhifəmiz:   / apatvresmi   ✅ Rəsmi twitter səhifəmiz:   / apatvofficial   ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TEKLİFİ ÜÇÜN (Contact) [email protected]

Comments